Fındıq texnikası və avadanlıqlarının sərgi-satış yarmarkası keçiriləcək
Hazırda fındıq sahələrində meyvələrin kütləvi yığım prosesinə hazırlıq işləri aparılır.
Yığımın vaxtında və itkisiz aparılması üçün istehsalçıların müvafiq texnika və avadanlıqlarına sahib olması ən vacib amillərdən sayılır. Son zamanlar fındıq istehsalı ilə məşğul olan təsərrüfatlarda fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarına tələbat günü-gündən artır.
Fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı texnikaları və avadanlıqlarının sərgi-satış yarmarkasının keçirilməsini qərara alıb. Yarmarkanın 7 sentyabr 2021-ci il tarixində Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) həyətində mövcud pandemiya qaydalarına uyğun təşkili nəzərdə tutulur.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Zaqatala DAİM-in əməkdaşları, bu sahədə ixtisaslaşan şirkətlər, fermerlər və aqrar sahə üzrə mütəxəssislər iştirak edəcəklər.
Fındıq istehsalı ilə məşğul olan fermerlər yarmarkada mütəlif şirkətlər tərəfindən təklif olunan kənd təsərrüfatı texnika və avadanlıqları ilə bağlı ətraflı məlumat əldə edə bilər, onları maraqlandıran sualları həm mütəxəssislərə, həm də aidiyyatı digər şəxslərə ünvanlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























