Avro dəyər qazanır, neft və qızıl bahalaşır - Maliyyə bazarlarında son vəziyyət
EUR
Amerika iqtisadiyyatında yeni korona dalğası fonunda narahatlıqların artdığı bir vaxtda, FED-in bu il yumşaq monetar siyasətindən uzaqlaşması siyasəti dolların da ucuzlaşmasına səbəb olur. Beləliklə, avro dəyər qazanır və bu, 1.19$-a kimi davam edə bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan inflyasiya, çərşənbə günü saat 18:00-da ABŞ-dan sənayesi və cümə günü saat 16:30-da əmək bazarı ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsində də başlayan yeni bahalaşma dalğasının 1.39$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Enerji birjalarında neft qiymətlərinın 6 ilin maksimumuna yaxın ticarət edilməsi də funta dəstək verən amillərdəndir.
TRY
Türkiyə iqtisadiyyatının ikinci rüb üzrə inkişaf proqnozların yüksəlməsi, lirənin də bahalaşmasına səbəb olur və USDTRY məzənnəsi 8.19TL-yə kimi düşə bilər. Böyüməyə dair göstəricilər çərşənbə günü saat 11:00-da yayımlanacaq. Cümə günü isə infıyasiya səviyyəsi dərc ediləcəkdir.
OIL
Enerji birjalarında demək olar ki, son altı ilin maksimumlarında ticarət edilən Brent neftinin bir barel qiyməti 74$-ın qırılması ilə 78$-a kimi də dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Foreks bazarlarında dolların ucuzlaşması, qızılın da dəstək görməsinə səbəb olur. Təhlillərə əsasən, trend 1858$-a (59.7 $/qram) kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























