Fed sədri: İstiqraz alışlarını azaltmağa bu il başlamaq uyğun ola bilər
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell), "Jackson Hole" İqtisadi Siyasəti Simpoziumunda etdiyi çıxışında, "Qiymətli kağız alışlarını (istiqraz alışı ilə pul emissiyası - red) azaltmağa bu il başlamaq uyğun ola bilər. İstiqraz alışlarında azalma faizin də dərhal artırılacağının siqnalı deyil", - deyib.
Pandemiyadan bərpa sürətinin gözləntiləri aşdığını qeyd edən Cerom Pauel, "Pandemiyadan sonra bərpa bərabər olmadı. Dayanıqlı istehlak mallarında təklifin üstündə artan tələb inflyasiyanı yüksəltdi" şəklində danışıb.
Koronavirusun Delta variantının risk meydana gətirdiyini, ancaq hədəfə irəlilədiklərini qeyd edən Pauel, 'İnflyasiyanın müvəqqəti olduğunu görə bilirik. Yüksək inflyasiya problem olsa Fed reaksiya verər. 2%-lik inflyasiya hədəfinə çatdığımızı zaman göstərəcək. Keçən il etdiyimiz dəyişikliklər bizə asanlıq təmin etdi. İqtisadi bərpa ilə istiqraz alışlarını azaltmağı çox Fed üzv dəstəkləyir" ,- deyib.
Fed Sədri Cerom Pauellin istiqraz alışını azaltmağa bu il başlamağın uyğun ola biləcəyi açıqlaması bazarlarda əks olunub.
ABŞ-da S&P 500 indeksi 0.7% artımla 4505.16 bənd ilə rekord qırıb. Dow Jones 0.6%, Nasdaq 0.9% yüksəlib. Avropa indeksi Stoxx Europe 600 də yüksəlib.
10 illik ABŞ istiqrazının faizi, Fed sədrinin qiymətli kağız alışının azaldılmasından sonra dərhal faiz artırımı olmayacağını ifadə etməsilə yüngül geriləyib.
Dollar indeksi gün içi ən aşağı səviyyəyə enib. Dollar indeksindəki zəifləmənin təsirilə Avro/Dollar məzənnəsi ilk reaksiya olaraq 0.6% artımla 1.18-ə yüksəlib.
Qızılın unsiyasının qiyməti Fed sədrinin çıxışından sonra yüksəlib və 1808 dolları aşıb.
İnkişaf edən ölkə pul vahidləri də dollar qarşısında dəyər qazanıblar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























