"Koronavirus testlərində pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb"
Hande Harmancı: Son bir ayda Azərbaycanda koronavirusa gündəlik yoluxma halları 10 dəfə artıb"Koronavirus pandemiyası ortaya çıxdığında Azərbaycan çox sürətli bir şəkildə tədbir görməyə başladı. Öncəliklə sərhədlərdə tədbir həyata keçirildi, sonra xəstəxanalardakı infrastrukturun gücləndirilməsinə başlanıldı. Bununla yanaşı, çoxsaylı ləvazimatlar, mexaniki ventilyatorlar, oksigen konsentratorları alındı. Əhalinin maarifləndirilməsi, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətdə işlər görüldü. Bu zaman Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq əlimizdən gəldiyi qədər hökumətə dəstək verməyə çalışdıq.
Azərbaycanda pandemiya ilə mübarizədə atılan ən önəmli və uğurlu addımlardan biri də Operativ Qərargahın qurulmasıdır. Operativ Qərargahda müxtəlif nazirlik, agentlik, qurum təmsil olunur. Onların bir Qərargahda birləşməsi, bir-birindən xəbərdar olması, birgə işləməsi çox vacib idi. Düşünürəm ki, ən önəmli və erkən nailiyyətlərdən biri də elə bu oldu. Bundan başqa, çox qısa müddətdə elektron rəqəmsal infrastruktur yaradıldı. Pandemiya çox pisdir lakin bir yandan da onunla mübarizə aparan ölkələr bir çox əskiklərini gördülər. Ölkələrin həm infrastruktur, həm də innovasion sahədə gücləndirməli olduğu yerlər müəyyənləşdi. Düşünürəm ki, qarşıdakı illərdə burdan öyrəndiklərimizlə çox böyük addımlar ata bilərik".
Bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
H.Harmancı son zamanlar dünyada artan yoluxma hallarından da bəhs edərək deyib: "Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu. ÜST bunun data bazasını toplayır. Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir. Lakin təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur. Belə ki, bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır.
Pandemiya dövründə Azərbaycanın nailiyyətlərindən biri də burada çox yaxşı laboratoriyaların qurulmasıdır. Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun "delta" variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur".
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb


























