Yeni Fed sədri namizədi hazırkı sədrin əksin düşünür
Fed sədri Jerome Powell-in yerinə gələ biləcək namizədlər arasında göstərilən Fed-in İdarə Heyətinin üzvlərindən Lael Brainard, Powell dövründəki Fed-in əksinə "köpük" risklərinə qarşı daha sərt tədbirlər görülməsi lazım olduğunu bildirib.ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powel-lin 4 illik vəzifə müddəti fevral ayında başa çatacaq.
Marja xəbər verir ki, ABŞ Prezidenti Joe Biden-in Powell ilə ikinci bir dövrdə davam qərarı verməməsi vəziyyətində yerinə gələ biləcək namizədlər arasında göstərilən Fed üzvü Lael Brainard, Powell-dən fərqli bir yanaşmaya sahib olduğuna işarə edən açıqlamalar verib.
Brainard, Powell-in rəhbərliyi dövründəki Fedin əksinə bazarlarda "köpük" risklərinə qarşı daha sərt tədbirlər görülməsi lazım olduğunun tərəfdarı olduğunu bildirib. Brainard, Fed-in qiymətli kağız alışlarını azaltmağa başlamadan məşğulluq bazarında nəzərəçarpacaq əlavə toparlanma görməsi lazım olduğunu da qeyd edib.
Powell kimi qalıcı yüksək inflyasiya riskləri mövzusunda diqqətli olunması lazım olduğunu qeyd edən Brainard, lakin bunun reallaşacağına inanmadığını dilə gətirib. Brainard, hazırkı yüksək inflyasiyanın bir neçə sektordakı təklif-tələb balanssızlığından qaynaqlandığını və bunun müvəqqəti olacağını vurğulayıb.
Biden-in, Fed-in Powell liderliyində davam edib etməməsinə dair qərarını sentyabrdan əvvəl verməsi gözlənilmir. Namizədin Fed sədri seçilə bilməsi üçün Senatın da təsdiqi tələb olunur.
Donald Trump dövründə karyera pillələrini dırmaşaraq sədrliyə yüksələn Respublikaçı Powell-in əksinə, Brainard, Obama rəhbərliyi dövründə Maliyyə Nazirliyində çalışmış bir demokratdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















