Azərbaycanda sayı ilk dəfə 10 milyon ədədi keçdi
Azərbaycanda ödəniş kartlarının artması 2021-ci ilin İyun ayında da davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin İyun ayının sonunda ödəniş kartlarının ümumi sayı 10 milyon 51 min ədəd təşkil edib. Azərbaycanda ödəniş kartlarının sayı ilk dəfə 10 milyon ədəd səviyyəsini keçib.
May ayının sonu ilə müqayisədə İyun ayı ərzində cəmi ödəniş kartlarının sayı 79 min ədəd artıb. May ayında cəmi ödəniş kartlarının sayı 74 min ədəd artmışdı.
İyun ayında sosial kartların sayı 34 min ədəd azalaraq 3 milyon 469 min ədədə, əməkhaqqı kartlarının sayı 3 min ədəd azalaraq 2 milyon 593 min ədədə düşüb, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 94 min ədəd artaraq 2 milyon 786 min ədədə, kredit kartlarının sayı isə 22 min ədəd artaraq 1 milyon 203 min ədədə çatıb.
Ötən ilin sonu ilə müqayisədə ilk 6 ayda cəmi ödəniş kartları 821 min ədəd artıb.
İlk 6 ayda (yanvar-iyun dövründə) sosial kartların sayı 26 min ədəd, əməkhaqqı kartlarının sayı 92 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 593 min ədəd, kredit kartlarının sayı isə 110 min ədəd artıb.
Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 296 min ədəd artmışdı.
2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)






.jpg)









