“PAŞA Sığorta” ailəniz üçün “Ailə Dostu” sağlamlıq sığortası məhsulunu təqdim edir - QİYMƏTLƏR
(®️) Ailənizin sağlam olmasından daha vacib nə ola bilər? Hər kəs arzu edir ki, ailələrinin sağlamlığını qorusun və ən yaxşı tibb müəssisələrində müalicə almasını təmin edə bilsin.
Bu səbəblə, “PAŞA Sığorta” hər zaman olduğu kimi sizin arzularınızı həyata keçirir və yeni könüllü sağlamlıq sığorta məhsulu olan “Ailə Dostu” məhsulununu təqdim edir. “Ailə Dostu” sizin və ailənizin heç bir xüsusi şərt olmadan faydalana biləcəyi könüllü sağlamlıq sığortası məhsuludur.
“Ailə Dostu” məhsulunun 4 sığorta paketi mövcuddur: “Multi- Vitamin”, “Vitamin A”, “Vitamin B”, and “Vitamin C”. Hər sığorta paketi üçün təyin edilmiş illik sığorta haqqı uyğun olaraq, 800 AZN, 700 AZN, 600 AZN və 450 AZN təşkil etməkdədir. Sığorta haqqları sığortalanan hər bir şəxs üçün nəzərdə tutulmuşdur. Sağlamlıq sığortası zamanı sığortalılar üçün nəzərdə tutulan təminat məbləğləri isə müvafiq olaraq, 20 000 AZN, 15 000 AZN, 10 000 AZN və 5 000 AZN təşkil etməkdədir.
Fərqli tibb müəssisələrində təqdim olunan geniş sığorta təminatından və istəklərinə görə seçə biləcəyi 4 fərqli sığorta paketindən ibarət olan “Ailə Dostu” sığorta məhsulunu həmçinin 12 ayadək hissəvi ödəniş ilə əldə etmək imkanınız da mövcuddur.
“Multi-Vitamin” könüllü tibbi sığorta proqramını digər proqramlardan fərqləndirən əsas üstünlüyü isə müştərilər üçün kontakt linzalar və optik şüşələr, həmçinin diş daşlarının təmizlənməsi təminatının da paketə daxil edilməsidir.
“Ailə Dostu” könüllü tibbi sığorta məhsulunu əldə edəcək müştərilər profilaktik tibbi müayinə, təcili tibbi yardım, təcili stomoloji yardım, təcili tibbi daşınma və evakuasiya, stasionar müalicə və müalicə zamanı dərman vasitələri ilə təminatla yanaşı digər əlavə tibbi xidmətlərdən də yararlana biləcək.
“Ailə Dostu” məhsulunu əldə etmək, eyni zamanda daha ətraflı məlumat üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, müştərilər məhsulu əldə etmək istəyən zaman “PAŞA Sığorta” şirkətinin rəsmi Facebook səhifəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
18 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
23 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















