Çinin ən lüks biznes sedanı Bakıda təqdim edildi - QİYMƏTLƏR
Mercedes-Benz, BMW və Audi kimi Almaniyanın lüks avtomobillərinə rəqib olmaq asan deyil. Bunun üçün avtomobilin xarici görünüşü, salonu və xüsusiyyətləri mükəmməl olmalıdır.
Marja-nın məlumatına görə, 09 İyul 2021-ci il tarixində Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısının Azərbaycanda rəsmi nümayəndəsi “Cahan Motors” şirkəti tərəfindən Bakıda Hongqi H9-un təqdimatı keçirilib.
Avtomobil ilə yaxından tanış olduqda belə bir qənaətə gəlmək olar ki, Çinin "FAW Group" şirkətinə daxil olan "Hongqi" brendinin H9 modeli Alman rəqiblərinə göz dağı ola bilər. H9 lüks biznes-sedan avtomobili son illər "FAW"ın böyük inkişaf etdiyinin əyani sübutudur.
Hongqi H9 digər Çin avtomobilləri ilə müqayisədə çox qəşəng və keyfiyyətli görünür.
Bu avtomobilə baxılan zaman Rolls-Royce ilə olan bənzərlikləri ortaya çıxmaqdadır. Bu bənzərliyin ən böyük səbəbi; Hongqi-nin qlobal dizayn direktorunun müavini və baş kreativ müdiri olan Giles Taylorun keçmiş Rolls-Royce işçisi olmasıdır. Çinin avtomobil istehsalçısı avtomobilin dizaynının özlərinə aid olduğunu iddia etməkdədir. Avtomobildə Rolls-Royce-a, Mercedes E-Seriyaya, Maybach-ə, Bentley-ə, Cadillac-a oxşarlıqlar olduğu bildirilsə, H9-un özünə xas çoxlu xüsusiyyətlərilə Almaniya istehsalçılarına yeni rəqib olduğu aydın olmaqdadır.
H9 AVTOMOBİLİ 2 MÜHƏRRİK VARİANTI İLƏ TƏKLİF EDİLİR
“Cahan Motors” şirkətinin direktoru Adil Axundov Marja-ya bildirdi ki, Hongqi H9 sedanı 2.0 Turbo V4 və 3.0 Turbo V6 mühərrik variantları ilə 4 komplektasiyada təklif edilir: 2.0T Luxury Edition, 2.0T Exalted Edition, 3.0T Flagship Edition və 3.0T Flagship4 seat Edition.
Hongqi H9-un uzunluğu 5 metrdən (5137 mm), ön və arxa asqılar arasında məsafə isə (təkər bazası) 3 metrdən çoxdur.
H9-un 2.0L mühərrik ilə təchiz edilən versiyası 100 kilometrə 7,1 litr, 3.0L mühərriklə təchiz edilən versiyası isə 9 litr yanacaq sərf edir.
Hongqi H9-da 10 ağıllı, 13 təhlükəsizlik sistemi mövcuddur.
QİYMƏTİ TƏXMİNƏN 136 MİN MANATDAN BAŞLAYIR
H9-un qiyməti komplektasiyadan asılı olaraq 79 min 900 dollardan (135 min 830 manat) başlayaraq 119 min 900 dollaradək (203 min 830 manat) yüksəlir.
AZƏRBAYCANDA ƏN ÇOX SATILAN 3 "FAW” AVTOMOBİLİ
Adil Axundov əlavə etdi ki, Azərbaycanda "FAW" modellərinə böyük maraq var. "FAW"ın Bestune T99, Bestune T77 və Hongqi HS5 modelləri daha çox satılır.
Avtomobil ilə maraqlananlar Bakıda Babək pr.21/99 ünvanında yerləşən “Cahan Motors” salonuna baş çəkə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 d. əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb




















