“Wizz Air Abu Dhabi” Bakıya uçuşlar həyata keçirəcək
BƏƏ-yə məxsus “Wizz Air Abu Dhabi” aviaşirkəti 2021-ci il avqustun 14-dən etibarən Bakıya yeni marşrutun açılacağını bəyan edib.
Ərəb mətbuatı xəbər verir ki, yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq. Azərbaycanın rəsmi Əbu-Dabi üçün yaşıl siyahıda olması səbəbindən səyahət edən şəxslərin karantində qalmasına ehtiyac qalmayacaq.
Bakıya uçuşlar həftənin 2 günü – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Kis Van Şayk deyib: “Biz öz marşrut şəbəkəmizə yeni və maraqlı istiqamətləri əlavə etməkdə davam edirik. Bakı başqa şəhərlərə bənzəmir. Mədəniyyətlərin unikal kəsişməsinə malik bu şəhər hər kəsə qonaqpərvərlik və tarixdən tutmuş yemək və içkilərədək geniş müxtəliflik təklif edir. Bütün dünyada məhdudiyyətlər yumşaldıqca səyahət etmək istəyənlərə səyahət üçün daha böyük imkanlar təqdim etməkdə davam edirik. Tezliklə sizi təyyarələrimizdə gözləyirik”.
“Wizz Air Abu Dhabi” aviaşirkəti ən aşağı yanacaq sərfiyyatı, tullantı və səs göstəricilərinə malik ən müasir 4 “Airbus A321neo” təyyarəsindən ibarət ən gənc hava donanmasına malikdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








