“Nar” "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqını ləğv etdi
(®️) “Nar” abunəçiləri üçün 1 iyul 2021-ci ildən etibarən "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir. Bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan və 1 iyul 2021-ci ildən etibarən yeni qoşulan vətəndaşlar yararlana biləcəklər.
Xatırladaq ki, bu xidmətin aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. “Nar” abunəçiləri “Asan İmza” xidmətini mövcud olan mobil nömrələrində aktivləşdirə bilərlər və bu zaman yeni nömrə əldə etməyə ehtiyac yoxdur. Sadəcə “Nar” Xidmət mərkəzlərinə yaxınlaşaraq, “Asan İmza” xidmətini dəstəkləyən “SIM” kart almaq üçün mövcud nömrənin dublikatını əldə etməlidirlər. Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş imkanının təmin edilməsi məqsədilə B.EST Solutions şirkəti bütün mobil operatorlar, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birlikdə bu qərarı verib.
İstifadəçilər Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanacaq və fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaqlar.
Qeyd edək ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.
Xatırladaq ki, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə də qərar qəbul edilib. Bu xidmətin aktivləşdirilməsi isə 18 AZN təşkil edirdi.
“Nar” abunəçiləri ətraflı məlumatı https://www.nar.az/asanimza/ internet səhifəsindən əldə edə və ya “1847" Asan İmza Çağrı Mərkəzinə zəng edərək, eləcə də [email protected] elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 29 d. əvvəl
-
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
55 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 59 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)



.jpg)





.jpg)




