Bakıda 4 xəstəxana birləşdirilib, yeni tibb mərkəzi yaradılıb
30 iyun 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılmış və yeni inşa edilmiş Nizami Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Nizami Tibb Mərkəzinin direktoru Nurməmməd Yarıyev Agentliyin İdarə Heyətinin sədrinə tibb müəssisəsində görülən tədbirlər barədə məlumat verib.
O bildirib ki, tibb müəssisəsinin inşası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilib: “Beş mərtəbəli tibb müəssisəsi 74 çarpayılıqdır. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar nevrologiya və reanimasiya şöbələri fəaliyyət göstərir. Bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz olunublar. Funksional diaqnostika şöbəsi yeni nəsil kompüter tomoqrafiya, rentgenoqrafiya və flüoqrafiya aparatları ilə təmin olunub. Reanimasiya şöbəsində insultlu xəstələrə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Tibb müəssisəsinin Laboratoriya şöbəsində kliniki və biokimyəvi analizlərin aparılması mümkündür”.
Qeyd edək ki, idarəetmənin mərkəzləşdirilməsi məqsədilə aparılan struktur dəyişikliyinə əsasən Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirir. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanasıdır. Sözügedən tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunması Nizami Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, tibb müəssisəsində vətəndaşların icbari tibbi sığorta çərçivəsində vaxtında və keyfiyyətli tibbi xidmətlərlə təmin olunması vacibdir.
Daha sonra tibb müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 20 d. əvvəl
-
29 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
33 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
51 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)







.jpg)






