Azərbaycanda icbari sığorta könüllü sığortadan sürətli artır
Könüllü sığorta 9%, icbari sığorta isə 13% artıbBu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 264 milyon 787 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin yanvar-may aylarına nisbətən 9% çoxdur.
Ötən 5 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 12,55% artaraq 133 milyon 214 min manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 151 milyon 541 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 36,6% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 93,8% artaraq 56 milyon 693 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-may aylarında 45,65 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24,7 manatdan 42,6 manata çatıb.
Həyat sığortası 20%, qeyri-həyat sığortası isə 4% artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 168 milyon 276 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-may aylarına nisbətən 19,5% çoxdur.
Ötən 5 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 229 milyon 726 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,2% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 65,75% artaraq 118 milyon 899 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 30,5% artaraq 89 milyon 334 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 70,7 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 38,9 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-may aylarında müvafiq olaraq 50,9 manat və 31 manat olub.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





