"Azərbaycanda "Delta" ştammının yayılmaması üçün ciddi tədbirlər görülməlidir"
İngiltərədə "Delta" variantına yoluxub ölənlər arasında hər iki peyvənd dozasını alan insanlar da olub. Yəni, əvvəllər də dediyim kimi müəyyən ölkələrdə sadəcə peyvənd çıxış yolu deyil, təəssüf ki, eləcə də Azərbaycanda".Bir müddət əvvəl Hindistanın Maharaştra ştatında ilk dəfə qeydə alınan koronavirusun “delta plus” (B.1.617.2.1) adlı yeni ştammı sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bir neçə gün öncə keçirilən brifinqdə Delta koronavirus ştammının 92 ölkədə qeydə alındığını açıqlayıb. Təşkilatın məlumatına görə, bəzi peyvəndlər sürətlə yayılan Delta variantına qarşı daha az təsirli olur. Bu ştammın artıq qonşu Gürcüstanda da qeydə alınması ölkəmiz üçün real təhlükəyə çevrilib.
İyunun 24-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu günə kimi Azərbaycanda “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb.
Mövzu ilə əlaqədar Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusun "Delta" ştammının kütləvi yayılmaması üçün qabaqlayıcı ciddi tədbirlər görülməlidir: "Bu gün İngiltərədəki rəsmi hesabatlara baxdıqda görürük ki, "Delta" variantı həftəlik təxminən 50 %-ə qədər qalxır və bu yoluxmalar da ən çox 10-39 yaş qrupu arasında, yəni ya peyvənd almayanlar, ya da bir dəfə peyvənd olunanlar arasında rast gəlinir. Bu da onu göstərir ki, artıq yeni və qətiyyətli qərarlar verməyin vaxtıdır və məhz buna görə də orada artıq nəzərdə tutulan vacib yumşalma tədbirlərinin icrası 1 ay gecikdiriləsi oldu".
Azərbaycanlı alimin sözlərinə görə, bu gün azsaylı elmi tədqiqatlar onu deməyə əsas verir ki, "Delta" variantının yayılma sürəti daha çoxdur: "Bu ştamma yoluxma səbəbindən xəstəxanaya düşmə riski də daha çoxdur. Ona görə də Azərbaycanda da qabaqlayıcı tədbirlərin görülməsinə ciddi əsas var. Ciddi əsas həm də ona görə var ki, İngiltərədə "Delta" variantına yoluxub ölənlər arasında hər iki peyvənd dozasını alan insanlar da olub. Yəni, əvvəllər də dediyim kimi müəyyən ölkələrdə sadəcə peyvənd çıxış yolu deyil, təəssüf ki, eləcə də Azərbaycanda".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus iyunun 26-da Cenevrədə keçirdiyi brifinqdə "Delta"nın peyvənd edilməmiş əhali arasında sürətlə yayıldığını bildirib. O, “Delta”nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 12 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
-
2 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 2 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Ən çox oxunanlar
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!







.jpg)




.jpg)





