Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradıldı
Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış Şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur.
İyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında saziş imzalanıb və Şuranın ilk iclası keçirilib. İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.
KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, diplomatlar və iş adamları iştirak ediblər.
İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası ölkələrimizin işgüzar dairələri arasında səmərəli dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da inkişafı məqsədilə yaradılıb:
“İnanırıq ki, Şurada təmsil olunan iştirakçıların sayı daha da artacaq və bu, Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrinə öz müsbət təsirini göstərəcək. KOBİA dəstək və xidmətləri çərçivəsində yeni əməkdaşlıq platformasının inkişafına, burada təmsil olunan iş adamlarına zəruri dəstəyi göstərəcəkdir”.
Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası kimi əməkdaşlıq platformaları iş adamları arasında səmərəli müzakirələrin aparılması, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi baxımından əlverişlidir. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini, İşgüzar Şuranın yaradılmasının yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, ticarət, investsiya və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev nəzərə çatdırıb ki, Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi bu ilin beş ayında 375 milyon ABŞ dolları təşkil edib. Ötən il hər iki ölkə arasında ticarət dövriyyəsi 771,5 milyon ABŞ dolları olub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, "Ukrayna Ticarət Evi”nin Baş direktoru Əlibala Məhərrəmzadə İşgüzar şuranın hər iki ölkənin işgüzar dairələri arasında mövcud əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd ediblər. Tədbir çərçivəsində həmçinin, AZPROMO ilə Ukraynanın Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurası arasında əməkdaşlığa dair Memorandum, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb. Ukrayna-Azərbaycan İşgüzar Şurasına Azərbaycan tərəfdən "Baku Business Group" MMC-nin direktoru Anar Quliyev, Ukrayna tərəfindən isə “Bratslav" şirkətlər qrupunun təsisçisi Petr Mixayenko sədrlik edəcəklər. İclas iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
4 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 4 saat əvvəl
-
5 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"
















