Bir ölkədə üsyan yaradıb, qiymətləri qalxan əmtəə
Şokoladın xammalı, necə olur ki, həm bir daxili savaşın səbəbkarı, həm də iqtisadi böhranın hərəkətverici qüvvəsi olur?
“Marja” xəbər verir ki, Dünyanın kakao istehsalının 42%-nə hakim olan Fil Dişi Sahilində (Kot -d İvuar) hökumətin kakao qiymətlərinin düşməsindən qaynaqlanmış gəlir itkisini əsas göstərərək əsgərlərə verilən maaşı gecikdirməsi, dörd ayda ikinci üsyana səbəb olub.
Üsyançı əsgərlər və hökumət tərəfdarı ordu mənsubları arasında çıxan münaqişələr banklar, dövlət binaları və iş yerlərinin bağlanmasına səbəb olarkən, kakao qiymətlərinin qalxmasına da səbəb olur.
Kakao qiymətləri bazar ertəsi günü 2% üzərində artım göstərsə də, hazırda son illərin ən aşağı səviyyələrindədir. Biçinin normaldan daha çox olacağı gözləntisilə qiymətlər 12 ayda 27 faiz ucuzlaşan kakaonun Fil Dişi Sahili dövlətinin büdcəsinə 150 milyard frank az daxil olmasına səbəb olub.
İKİYƏ BÖLÜNƏN ÖLKƏ, İKİYƏ BÖLÜNƏN ORDU
İqtisadi əsaslarla başlayan üsyanlardan sonra, 2002-də, ölkə Müsəlman çoxluğunun yaşadığı şimal və Xristianların yaşadığı cənub bölgəsi olaraq ikiyə bölündü. Siyasi böhran isə 2010-ci ilin Noyabr ayında keçirilmiş seçkidən sonra daha da dərinləşdi.
O dövr 10 il ərzində dövlət başçsı vəzifəsini tutmuş Laurent Ghabgo, rəqibi Alassana Quattaranın seçkilərdəki qələbəsinə qarşı çıxanda iki tərəfin tərəfdarları arasında başlayan toqquşmalar vətəndaş müharibəsinə çevrildi və 1 milyondan çox insan qaçıb qonşu ölkələrə sığındı.
Altı il əvvəl Ghabgoya müqavimət göstərərək Quattaranın hakimiyyətə gəlməsini dəstəkləyən əsgərlərin bir çoxu indi yenidən Quattaranın qarşısındadır.
Quattara hökumətinin kakaonun ucuzlaşmasından yaranan zərər səbəbi ilə əsgərlərin maaşlarınıödəməməsilə ilk üsyan 2017-ci ilin Yanvarında başladı. Ölkənin ikinci böyük şəhəri Bouake-də başlayan etirazlar ən azı doqquz şəhərə yayıldı. Hər əsgərə 19 min 950 dollar ödənilməsinin qəbul edilməsi ilə təzyiq bir müddət azaldı.
Yanvarda bu miqdarın 8 min 370 dollarlıq hissəsini alan əsgərlərə geri qalan ödəmənin bu ay verilməsi gözlənilirdi.
Ancaq 12 Mayda üsyan edən əsgərlərin bir qisminin canlı efirdə üzr istəməsinin ardından iğtişaşlar yenidən başlayıb. Quattara hökuməti də əlavə ödəmələri ləğv etdiyini açıqlayıb.
23 milyon əhalisi olan ölkədə etirazlar Bouake ilə yanaşı paytaxt Abidjan və qəhvə istehsalının mərkəzlərindən Daloada da davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















