Fed-dən "şahin" proqnozlar - RİSKLİ AKTİVLƏR SATILIR
Dünən ABŞ Mərkəzi Bankı faiz qərarının açıqladı, qərardan sonra Fed sədri mətbuat konfransı keçirdi.
Marja xəbər verir ki, Fed proqnozları vasitəsilə daha "şahin" siqnal verib. Proqnozların açıqlanmasından sonra ABŞ dolları bahalaşıb, ABŞ iqtiqrazlarının faizi yüksəlib, qızıl və səhmlər ucuzlaşıb.
Fed-in proqnozları vasitəsilə daha "şahin" mövqe ifadə etməsi yüksək riskli aktivlərdə satış dalğasına səbəb olub.
Marja Fed-in "şahin" proqnozlarını təqdim edir:
- ABŞ Mərkəzi Bankının (Fed) üzvləri əmək bazarında nikbinlik və artan inflyasiya narahatlıqlarının da təsirilə pul siyasətinin sərtləşdirilməsinə daha tez başlanılacağını nəzərdə tuturlar,
- Fed sədri Jerome Powell Çərşənbə günü təşkil etdiyi mətbuat konfransında üzvlərin pandemiya əsnasında iqtisadiyyat və maliyyə bazarlarını dəstəkləyən qiymətli kağızların alışlarının azaldılmasının müzakirəsinə başlayacaqlarını bildirib,
- Fed sürpriz bir şəkildə 2023-cü ilədək faizin 2 dəfə artırılacağını nəzərdə tutur. Fed-in 18 üzvündən 13-ü 2023-cü ilin sonuna qədər ən azı iki faiz artımı təxmin edir. 7 üzv 2022-də faiz artımı nəzərdə tutur. Mart ayında yalnız 4 üzv 2022-də faiz artımı nəzərdə tuturdu,
- İqtisadiyyatın açıq bir şəkildə irəliləmə qeyd etdiyini vurğulayan Powell, aktiv (qiymətli kağız) alışlarını azaltmağı nəzərdə tutaraq "İstəsəniz bu yığıncağı "danışma haqqında danışma" yığıncağı olaraq görə bilərsiniz" şərhini edib,
Qeyd edək ki, Fed iyun yığıncağında faiz hədəf aralığını 0-0,25%-də sabit saxlayıb, qiymətli kağız alışlarını da aylıq 120 milyard dollar səviyyəsində qoruyub.
Maliyyə bazarlarında "şahin" dedikdə sərt pul siyasətləri, "göyərçin" dedikdə isə yumuşaq pul siyasətləri başa düşülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

