Kobalt və litium qiymətləri sürətlə artır
Əsas səbəb elektromobil bazarının sürətli inkişafıdır.Qlobal əmtəə bazarında bu ilin əvvəlindən davam edən bahalaşma metal sektorunda təkcə qızıl və misin deyil, digər vacib metalların da qiymətini artırıb.
Marja bir sıra metallarla bağlı bazar araşdırması və qiymətlər barədə məlumat təqdim edən Benchmark Mineral Intelligenc-ə və Financial Times-a istinadla xəbər verir ki, son 5 ayda litium karbonat qiymətləri 65%, kobalt sulfatı isə 25% bahalaşıb. Hazırda London Metal Birjasında kobaltın tonu 42 500 dollara, litiumun kiloqramı isə 13,75 dollara satılır.
Bu metalların sürətlə bahalaşmasına təkan verən əsas amil onların elektrikli avtomobillərin batereyalarında istifadə olunan başlıca elementlərdən olmasıdır. Beynəlxalq Enerji Agentliyi (IEA) hələ may ayındakı yeni hesabatında sıfır emissiya hədəfləri və elektromobillərə qlobal tələbatın artması səbəbindən kobalta tələbatın 2040-cı ilə qədər 20 dəfədən çox artacağını proqnozlaşdırıb.
Birjalarda iri həcmdə əvvəlcədən fyuçers şəklində satılan əksər metallardan fərqli olaraq, iri müştərilər kobaltı birbaşa əsas istehsalçılardan - Konqo,Kanada, Çin, Rusiya və Zambiyadan almağa üstünlük verir. Bununla belə, hazırda bir sıra iri birjalar və investorlar daha çox kobalt ehtiyatlarını xammal şəklində almaq və ilboyu satmaq uğrunda mübarizə aparır. Bunların sırasında Nyu-Yorkdakı Comex birjası və ABŞ-ın ən iri banklarından Goldman Sachs da var.
Hələ 2020-ci ilin martında London Metal Birjasının kobalt komitəsinə üzv olan Goldman Sachs təkcə ötən həftənin sonu İsveçin akkumulyator şirkəti Northvolta 1 milyard dollar investisiya yatırıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 15 d. əvvəl
- 25 d. əvvəl
-
41 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























