“MKT İstehsalat Kommersiya” şirkətinin nümayəndəsi Minskə işgüzar səfərdə iştirak edib, görüşlər keçirib
(®️) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov və Qida Təhlükəsizliyi Agentliyinin Sədri Qoşqar Təhməzlinin rəhbərliyində “Belaqro-2021” 31-ci Beynəlxalq İxtisaslaşmış Sərgisinə işgüzar səfər edilmişdir.
Səfərdə olan deleqasiyanın tərkibində “MKT İstehsalat Kommersiya” MMC-dən də nümayəndə iştirak etmişdir.
İyun ayının 1-dən, 5-inə qədər Belarusiyanın paytaxtı Minskdə keçirilən sərgidə 16 ölkədən 400-dən çox nümayəndə iştirak etmişdir.
Sərgi çərçivəsində bir sıra görüşlər keçirilmişdir. Keçirilən görüşlərdə “MKT İstehsalat Kommersiya” MMC kimi Azərbaycanın digər müvafiq qurumları və Belarusiya nümayəndələri kənd təsərrüfatı sahəsində birgə əməkdaşlığa aid məsələləri müzakirə etmiş, həmçinin Belarusiyanın “Snov” Aqrokombinatına, “Qritskeviçi”, “Novaya jizn” ASC-lərinə, Nesvij Uşaq Qidaları zavoduna və digər sənaye müəssisələrinə ziyarətlər təşkil olunmuşdur.
“MKT İstehsalat Kommersiya” MMC fəaliyyət göstərdiyi kənd təsərrüfatı sektorunda daima inkişafa yönəlik addımlar atmaqdadır. Bu növ sərgilərdə iştirak edərək şirkət innovasiyaları yaxından izləyir, mövcud zavod və fabriklərində olan istehsal texnologiyalarının inkişafı, həmçinin yeni və məhsuldar əkin texnologiyalarının tətbiqi sahəsində yeni imkanları dəyərləndirir və tətbiq edir.
Ölkənin qeyri-neft sektorunda ixrac liderliyini qoruyan “MKT İstehsalat Kommersiya” MMC kənd təsərrüfatı sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. Hal-Hazırda müəssissədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















