"Ağ gilasa tələbat daha çoxdur"
İmişlidə “Krım” adı ilə tanınan gilas növünün yığımına başlanılıb. Ağaclarda bol məhsul var, qiymətlər də münasibdir.
Şahverdili kənd sakini Nazim Həsənov bildirib ki, təsərrüfatı 20 sot sahədən ibarətdir və bağda 150 ədəd gilas ağacı var. Bu il bol məhsulun yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu da deyir.
Təsərrüfatda əsasən 4 növ gilas ağacı əkilib. Onlardan “Öküz ürəyi” və “Zəngilan” növləri daha tez yetişən olduğu üçün bir neçə gün əvvəl yığımı yekunlaşıb. Hər ağac orta hesabla 50-60 kiloqram məhsul verib. Hazırda isə “Krım” gilası yığılır. Bu növ gilas isə bərk və daha qalıcıdır.
Yaxın 10 gün ərzində yığılacaq gilasın hər ağacından 50-100 kiloqram məhsul gözlənilir. Bağban Nazim Həsənov söyləyir ki, qiymətlər də çox sərfəlidir. Hazırda 1 kiloqram gilasın yerində satışı 80 qəpik - 1 manat arasında dəyişir.
Şahverdili kəndində Nazim Həsənovun bağ sahəsi kimi 250-dən çox təsərrüfat var və ümumilikdə, kənddən mövsüm zamanı 15 tona yaxın gilas istehsal olunur.
Ötən il meyvə bağından gəlir əldə edən digər bağban Gülağa Qurbanov da bu il 1 ton yarım giləmeyvə yığmağı qarşıya məqsəd qoyub. O deyir ki, ağ gilas mürəbbə bişirilməsi üçün daha çox istifadə olunur deyə, tələbat da çoxdur. Lakin bəzən məhsullarını sata da bilmirlər. Ona görə də bağ sahiblərinin bir istəyi var: rayonda məhsul qəbulu məntəqəsinin və ya gilasdan şirələr hazırlayacaq müəssisənin olması. Əgər belə olarsa, məhsul itkiyə getməz.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






