BirBank ödəniş terminalları danışıq dəqiqələri və mobil internet qazandırır
(®️) Məlumat verdiyimiz kimi, müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, bir müddət əvvəl yeni nəsil ödəniş terminallarının quraşdırılmasına başlayıb. Bu terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri market şəbəkələrində də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.
30 iyun 2021-ci il tarixinədək müştərilər BirBank ödəniş terminalları ilə kommunal ödənişləri həyata keçirdikdə Azercell və ya Bakcell-dən 50 pulsuz danışıq dəqiqəsi və 100 MB həcmində mobil internet qazanacaqlar. Aksiya çərçivəsində qeyd olunan ödənişlər abonentə hədiyyə qazandıracaq: AzəriQaz, AzəriQaz Smartcard, Azərİşıq, AzərİstilikTəchizat, NaxçıvanQaz, Naxçıvanİşıq, AzərSu və NaxçıvanSu. Hər abonent kodu aksiya zamanı bir dəfə hədiyyə qazana bilər. Ətraflı məlumat üçün – https://kbl.az/bbptc.
Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın “card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.
Bundan başqa biznes kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkündür. Mədaxillər AZN ilə yanaşı USD və EUR valyutasında da həyata keçirilə bilər. Kapital Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
18 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
23 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















