“Hesab.az” istifadəçisi olmaq həmişə qazandırır!
(®️) Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Goldenpay/Hesab.az onlayn xidmətlər platforması ilə Bakcell şirkətinin birgə təqdim etdikləri kampaniya ilə istifadəçilər pulsuz dəqiqə, megabayt, 2-QAT Bonus qazandılar.
“Bakcell “ və “Hesab.az ” ın birgə təqdim etdiyi kampaniyada 05 Aprel - 05 May tarixləri arasında qeydiyyatlı şəkildə Hesab.az-dan Bakcell nömrələrinin balansını artıran istifadəçilər iştirak edə bildilər. Beləliklə də, etdikləri ödəniş məbləğinə görə Hesab.az istifadəçiləri həmin an əlavə hədiyyə dəqiqə və ya megabayt və eyni zamanda da, “Ulduzum” kodu ilə edilən Bakcell ödənişlərində 2-QAT Bonus qazandılar.
Uzun illərdir davam edən uğurlu əməkdaşlıq çərçivəsində Bakcell/ Ulduzum -a aid sosial media səhifəsində Hesab.az-ın sponsorluğu ilə Giveaway keçirilib. 20-23 Aprel tarixlərində davam edən yarışmada şərtlərə düzgün əməl edən istifadəçi Hesab.az saytı tərəfindən 100 AZN dəyərində Hesab Koin qazandı. Qalib şəxsin Hesab.az-dakı hesabına artıq 100 AZN dəyərində Hesab Koin yüklənmişdir.
“Hesab.az” Ramazan bayramında həyata keçirdiyi, istifadəçilərini 2 Qat qazandıran bayram kampaniyası ilə sevindirməyi də unutmadı. Kampaniyada 9-15 May tarixlərində qeydiyyatlı hesabdan istənilən məbləğdə edilən hər ödəniş üçün, anında 2-QAT Hesab Koinlər və ya Bonuslar qazandılar.
Hesab Koin, “Qazananlar Klubu” çərçivəsində istifadəçilərə təklif olunan onlayn ödənişlər üçün nəzərdə tutulan Hesab.az-ın virtual məhsulu hesab olunur. Hesab Koinlərə və Bonuslara “Dərhal dəyiş” bölməsində hədiyyə və endirimlər təklif olunur. Eyni zamanda ödənişlər qarşılığında qazanılan Hesab Koinlər növbəti ödənişlər üçün sərf edilə bilər.
Yeni layihə və kampaniyalar üzərində səylə çalışan Hesab.az komandası, yaxın zamanda istifadəçilərini sevindirməyə davam edəcək.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
25 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















