“PAŞA Bank” dörd beynəlxalq mükafata layiq görülüb
(®️) Tanınmış beynəlxalq maliyyə jurnalı “EMEA Finance” 2020-ci ilin nəticələrinə əsasən nüfuzlu mükafatlar sırasında olan “Europe Banking Awards” qaliblərinin siyahısını açıqlayıb. Dünyanın ən böyük maliyyə qurumlarının dəyərləndirildiyi səsvermə zamanı Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ekspertlər tərəfindən bir neçə nominasiyasının qalibi seçilib.
Beləliklə, “Europe Banking Awards 2020”nin nəticələrinə görə “PAŞA Bank”, “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı investisiya bankı” elan edilib. Həmçinin Bank, Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bazarlarında fəaliyyət göstərən maliyyə qurumları arasında "Ən yaxşı bank məhsulu" və "Ən yaxşı Korporativ Sosial Məsuliyyət proqramı" nominasiyalarının qalibi də seçilib. Qeyd edək ki, namizədlər sırasında yer alan “Raiffeisen Bank”, “Deutsche Bank”, “Societe Generale”, “Barclays” və digər maliyyə qurumları da daxil olmaqla, dünyanın aparıcı bankları fəaliyyət nəticələrinə əsasən müxtəlif nominasiyalarda mükafatlandırılıb.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, “COVID-19” pandemiyasına qarşı mübarizə altında keçən 2020-ci il makroiqtisadi baxımdan həm Azərbaycan, həm də dünya ölkələri üçün son onillik dövrün ən çətin illərindən olub.
“Risklərin zamanında və düzgün şəkildə müəyyənləşdirilməsi, eləcə də sahibkarların üzləşdiyimiz böhran vəziyyətindən minimal itkilərlə çıxması üçün tədbirlər planının hazırlanması müştərilərimizlə birgə qarşımıza çıxan çağırışların öhdəsindən gəlməyə yardım edib. Bundan əlavə, “PAŞA Bank”, bir neçə ildir ki, alternativ kanallar vasitəsilə müştəri xidmətlərinin həcmini fəal şəkildə artırmaqdadır. Bunun nəticəsidir ki, 2020-ci ildə “PAŞA Bank” tərəfindən göstərilən rəqəmsal xidmətlərin həcmi müştəri əməliyyatlarının ümumi həcminin 93 %-ni təşkil edib. Fəaliyyətimizin rəqəmsal transformasiyası və son illər ərzində tərəfimizdən risk idarəetməsinin inkişafına xüsusi diqqətin ayrılması pandemiyanın ən kəskin çağlarında öz bəhrəsini verib. Bununla da biz, kredit portfelimizin keyfiyyətini gücləndirməklə yanaşı, həm də müştərilərimə bazardakı mövqelərini qoruyub saxlamaqda yardımçı olduq. Sevindirici haldır ki, 2020-ci ildə iqtisadiyyatın real sektorunu dəstəkləmək məqsədilə gördüyümüz genişmiqyaslı işlər və onun nəticələri diqqətdən kənar qalmayıb, peşəkar icmalar və beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Ən yaxşı beynəlxalq təcrübələri tətbiq edən və Azərbaycan iqtisadiyyatının real sektorunun dəstəkçisi olan “PAŞA Bank”, bizneslərin bərpası və davamlı inkişafının təmin olunması yönündə sahibkarlara lazımi dəstəyi göstərməyə hazırdır", - deyə Taleh Kazımov vurğulayıb.
Qeyd edək ki, dünyanın aparıcı maliyyə qurumlarının dəyərləndirildiyi ənənəvi “Europe Banking Awards” mərasimi Böyük Britaniyanın iqtisadi nəşri “EMEA Finance” tərəfindən təsis edilib. Mükafatın qalibləri maliyyə sənayesi analitikləri və bank məsləhətçilərinin yer aldığı ekspertlər qrupunun səsverməsi yolu ilə müəyyənləşdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 20 d. əvvəl
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
1 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
1 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
























