Dünyanın ən böyük iqtisadiyyatına dair mühüm məlumatlar açıqlanacaq
Bu gün Bakı vaxtı ilə saat 16:30-da, ABŞ-da, həftənin ən əhəmiyyətli məlumatı olan məşğulluq məlumatları açıqlanacaq.
Marja xəbər verir ki, ölkədə Aprel ayında kənd təsərrüfatı xaric məşğulluğun 978 min artdığı və işsizlik nisbətinin 5,8%-ə düşdüyü proqnozlaşdırılır. Mart ayında məşğulluq 916 min artmış, işsizlik nisbəti 6% təşkil etmişdi.
Bu məlumatlarda, epidemiyadan sonra ABŞ iqtisadiyyatında güclü yığışma siqnallarının davam etdiyinə dair işarələr axtarılacaq.
Apreldə ölkədə orta saatlıq maaşın Mart ayı ilə müqayisədə 0,1% artacağı, ötən ilin Aprel ayı ilə müqayisədə isə 0,4% azalacağı gözlənilir. Martda maaş aylıq 0,1% azalmış, illik 4,2% artmışdı.
Kənd təsərrüfatı xaric məşğulluq - kənd təsərrüfatı xaricində son ay ərzində çalışan insanların sayındakı dəyişiklikləri müəyyən edir. Yuxarı istiqamətdə bir tendensiya ölkənin pul vahidinə müsbət təsirə malikdir. İş yerləri, insanların qazanc əldə etməsi və müvafiq olaraq istehlakın artması Ümumi Daxili Məhsula müsbət təsir edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























