Qlobal qida qiymətləri 11 aydır fasiləsiz yüksəlir
FAO Qida Qiyməti İndeksi, fasiləsiz 11 aydır yüksəlişini davam etdirir. Marja xəbər verir ki, İndeksdə son 10 ilin ən uzunmüddətli yüksəlişi yaşanır. İndeks sonuncu dəfə, İyul 2010 - Fevral 2011 arasında 8 ay fasiləsiz yüksəliş qeyd etmişdi.
FAO Qida Qiyməti İndeksi, Aprel ayında aylıq müqayisədə 1,7%, illik müqayisədə 30.8% yüksəlib. Keçən ilin Aprel ayında 92,4 səviyyəsində olan İndeks, bu ilin Aprel ayında 120.9 səviyyəsinə çatıb. Şəkər qiymətlərindəki kəskin yüksəliş, apreldə indeksin artımasına təsir edib.
Geniş şəkildə ticarət olunan qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən İndeks, 11 aydır yüksəlişini davam etdirir və 2014-ci ilin May ayından bu yana ən yüksək səviyyəyə çıxıb.
Mart ayı üçün 118,5 olaraq açıqlanan İndeks, 118,9-a revizə edilib.
Dünyada qarğıdalı, soya, bitki yağları, süd, kərəyağı bahalaşır.
FAO Taxıl Qiyməti İndeksi, Apreldə aylıq müqayisədə 1,2%, illik müqayisədə 26% yüksəlib. Argentina, Braziliya və ABŞ-da əkin və iqlim qaynaqlı narahatlıqlar qarğıdalı qiymətlərini aylıq müqayisədə 5,7%, illik müqayisədə 66,7% artırıb. Apreldə buğda qiymətləri sabit qalıb. Qlobal düyü qiymətləri isə geriləyib. Arpa qiymətlərində də cüzi geriləmə olub.
Bitki mənşəli Yağ Qiyməti İndeksi, beynəlxalq palma yağı qiymətlərinin böyük ixracatçı ölkələrdəki istehsal artımının gözləniləndən daha yavaş olacağı narahatlıqlarına bağlı olaraq Aprel ayında 1.8% artıb. İndeksin artmasına soya qiymətlərindəki artım da təsir edib. Günəbaxan yağı qiyməti cüzi düşüb.
Süd Qiyməti İndeksi kərəyağı, yağsız süd tozu və pendirə Asiyanın güclü tələbilə 1,2% yüksəlib
Ət Qiyməti İndeksi 1.7% artıb. Artan tələb qiymətlərdə yüksəlişə səbəb olub.
Şəkər Qiyməti İndeksi, aylıq müqayisədə 3,9% artarkən, illik müqayisədə 60% yüksəlib. Braziliyada şəkər yığımının yavaşlaması və Fransada yaşanan don ziyanına dair narahatlıqlar, qlobal şəkər təklifinə dair narahatlıqları artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 18 d. əvvəl
- 42 d. əvvəl
-
51 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
55 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)







.jpg)




