Bank Respublika yeni “Digital Card” məhsulunu təqdim etdi - PULSUZDUR
(®️) Ölkəmizdə nağdsız ödənişlərin inkişafına və innovasiyalara böyük diqqət ayıran Bank Respublika, müştərilərinə yeni “Digital Card” məhsulunu təqdim etdi.
“Digital Card” – “Bank Respublika”nın Mobil Şöbə mobil əlavəsi üzərindən ani şəkildə aktivləşdirilən, mal və xidmətlərin dəyərinin İnternet və NFC xidməti vasitəsilə ödənilməsi üçün nəzərdə tutulan VISA kartıdır. Artıq həm bankın müştəriləri, həmçinin Mobil şöbə əlavəsinin istənilən istifadəçiləri banka getmədən, vaxt itirmədən bir toxunuşla və PULSUZ olaraq Bank Respublikanın Digital Card sahibi ola biləcəklər.
Bu kart üzrə rekvizitləri müştərilər birbaşa olaraq və tam təhlükəsiz şəkildə Mobil Şöbə üzərindən əldə edə və müxtəlif İnternet saytlarında bütün ödənişlərini rahatlıqla apara biləcəklər. Yeni kart – tam olaraq rəqəmsal kartdır və fiziki plastik üzərində çap olunmur. Qeyd edək ki, hal-hazırda kart AZN valyutasında və heç bir xidmət haqqı tutulmadan 1 il müddətinə istifadəyə buraxılır.
Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq müştərilər Mobil Şöbə vasitəsilə Digital Card üçün xüsusi təqdim olunan kataloqdan istədikləri dizaynı seçib öz zövqlərinə uyğun kart görünüşünü təyin edə biləcəklər. Kartın bir əlavə üstünlüyü də odur ki, aktiv olunandan dərhal sonra, onu NFC xidmətinə qoşaraq smartfon vasitəsilə ödəmələrdə də ondan istifadə etmək mümkün olacaqdır. (NFC-ni dəstəkləyən Android cihazlarında)
Vaxt itirmədən Mobil Şöbə əlavəsini yükləyin, öz zövqünüzə uyğun dizaynda rəqəmsal kart sahibi olun!
Bank Respublikanın Mobil Şöbə əlavəsini həm PlayMarket, həm də AppStore-dan yükləmək mümkündür.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
25 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























