4 bankın kompensasiya ödənişləri 640 milyon manatı keçərək son həddə çatdı
Bildiyiniz kimi, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, kapitallarını tam itirdiklərinə görə “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına əsasən sözügedən banklar müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedici təyin edilmişdir.
Ləğvedicinin yaydığı məlumatda bildirilir ki, qlobal miqyasda və ölkə daxilində baş verən Covid-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi və xüsusilədə Fond əməkdaşlarının növbəli iş rejiminin yaratdığı çətinliklərə baxmayaraq, Əmanətlərin Sığortalanması Fondu bir ildən az zaman ərzində müflis elan edilmiş son 4 bank üzrə kompensasiyalarının təmin edilməsində yüksək nəticələr əldə etmişdir. Bildiririk ki, Fond sözügedən banklar üzrə kompensasiyaların tam ödənilmə prosesini qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşmasını həyata keçirəcəkdir.
Məlum olduğu kimi, sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş və ƏSF ləğvedicisi təyin olunmuş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank” ASC və “AG Bank” ASC-nin toplam 24688 əmanətçisinə bir ildən az zaman ərzində 640 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilmişdir.
Belə ki, ötən ilin iyun ayının 16-dan cari ilin aprel ayının tamamınadək agent bank olaraq təyin edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın toplam 9009 əmanətçisinə 254 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 93.70%-i) ödənilmişdir. Həmçinin, ötən ilin iyun ayının 1-dən cari ilin aprel ayının sonunadək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın toplam 15 679 əmanətçisinə 386 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 95.34%-i) ödənişi həyata keçirilmişdir.
Əlavə olaraq bildirmək istərdik ki, Əmanətlərin Sığortalanması Fondu 2007-ci il 12 avqust tarixində əmanətlərin sığortalanması, ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək məqsədləri üçün yaradılmışdır. Banklarda sığorta hadisəsi baş verdikdə Fond əmanətçilərin kompensasiyalarının ödənilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edir, eləcə də sözügedən maliyyə institutlarının ləğvedicisi kimi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 38 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
1 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
1 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"






















