Hindistan İT bazarında yeni rekord - 2,8 milyard dollar
Dünyanın ən iri investorları bazarda paylarını artırır.ABŞ-ın ən iri investisiya şirkətlərindən biri, hazırda idarəçiliyi altındakı aktivlərin dəyəri 650 milyard dollara yaxın olan Blackstone, aktivlərinin həcmi 828 milyard dollar qiymətləndirilməklə dünyanın ən iri beynəlxalq investisiya fondu hesab olunan BƏƏ-nin Əbu-Dabi Əmirliyinin suveren rifah fondu (Abu Dhabi Investment Authority - ADIA) və digər investisiya şirkəti UC Investments Hindistanın aparıcı İT xidmətləri şirkəti, 2019-cu ildə ölkənin ən böyük 7-ci İT şirkəti adını qazanmış Mphasis Limited-in səhmlərinin bir hissəsini (26%) satın almaq üçün birlikdə 2,8 milyard dollar xərcləmək niyyətindədir.
Marja Bloombergə və hind mətbuatına istinadən xəbər verir ki, bu məbləğin 1,1 milyard dolları Blackstone tərəfindən ödəniləcək.
Şirkət açıq abunə üsulu ilə səhmdarlarda olan payların 26%-ni bir səhmə görə 1452-1497 rupiyə (19,5-20,03 dollara) təklif edir ki, bu da 12 aylıq orta qiymətə 12-16% premium və 6 aylıq orta qiymətə 3-6% diskont deməkdir. Nəticədə alqı-satq qiyməti 2-2,8 milyard dollar arasında dəyişəcəkdir.
Mphasis Ltd 2000-ci ildə ABŞ-ın İT konsaltinq şirkəti Mphasis Korporasiyası və Hindistan İT xidmətlər şirkəti BFL Software Limited-in birləşməsindən yaranıb. Qısa müddətdə bazarda öz mövqeyini möhkəmlədən şirkət investorların diqqətini cəlb edib və ABŞ-ın o zamankı ən iri İT texnologiya qruplarından olan Electronic Data Systems (EDS) 2006-cı ildə şirkətin nəzarət paketinin 42%-ni 380 milyon dollara alır. 2008-ci ildə məşhur amerikan texnoloji nəhəngi Hewlett-Packard (HP) EDS-i 13,9 milyarda satın alır və beləliklə, Mphasis-in 62%-nə yaxın səhmlərinin sahibinə çevrilir.
Mphasis 2010-cu ildə məcmu gəlirlərini 1 milyard dollara çatdıraraq, bu nəticəni əldə edən 6-cı Hindistan İT xidmətlər şirkətinə çevrilir. 2016-cı ildə HP Mphasis-dəki paylarının böyük hissəsini - 52% səhmi iri amerikan özəl investisiya şirkəti Blackstone-a 1,1 milyard dollara satdı. Daha sonra kiçik səhm payı da əldə edən Blackstone 56%-lə Mphasis-in əsas sahibinə çevrilir və onun fəaliyyətini ABŞ bazarında genişləndirir. Hazırda Mphasis 19 ölkədə 60-dan artıq satış və texniki xidmət ofisinə malikdir və 22 min nəfərdən artıq işçisi var. Şirkət ABŞ-ın ən iri 50 bank, maliyyə xidmətləri və sığorta şirkətlərindən 35-ə müxtəlif xidmətlər göstərir. Hazırkı sövdələşmə nəticəsində Blackstone səhm payını bir qədər də artıracaq və Hindistanda öz biznes əməliyatlarını daha da genişləndirəcək. Xəbərin açıqlanmasından sonra Mphasis-in səhmləri Mumbay birjasında 5% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 38 d. əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
6 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
6 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib














.jpg)






