TuranBank 16% böyüyüb
TuranBank ASC 2021-ci ilin I rübü üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, COVİD-19 pandemiyası və bundan irəli gələn daxili və xarici bazarlardakı dalğalanmalara, ölkə iqtisadiyyatındakı daralmaya baxmayaraq Bank 2021-ci ilin I rübünü müsbət maliyyə nəticələri ilə başa vurub.
2021-ci ilin I rübünün yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 16,3% və ya 83,7 mln. manat artaraq 597,7 mln. manat, o cümlədən müştərilərə verilmiş kreditlər 4,8% və ya 16,4 mln. manat artaraq 356,1 mln. manat təşkil etmişdir.
Həmçinin cəmi depozit portfelində 21,6% və ya 55,3 mln. manat artım müşahidə edilmişdir. Depozit portfeli rübün sonuna 311,1 mln manata yüksəlmişdir. Pandemiya ilə əlaqədar tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərə və bununla bağlı yaranmış iqtisadi çətinliklərə baxmayaraq Bank I rübü 105 min manat xalis mənfəətlə başa vurmuşdur.
Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılmış, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. Tam yeni internet bankçılıq, mobil bankçılıq sistemləri, o cümlədən mobil bank tətbiqetməsinin yeni versiyası android, İOS və Huawei platforması üzərindən müştərilərin ixtiyarına verilmişdir. Bildirək ki, Mobil Bank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
- 13 d. əvvəl
- 23 d. əvvəl
- 39 d. əvvəl
-
41 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı





















