Kapital Bank kiçik və orta sahibkarlara maliyyələşmə üçün onlayn sifariş xidmətlərini təklif edir
(®️) Kapital Bank 25 aprel – Azərbaycanda Sahibkarlar Günü ərəfəsində kiçik və orta sahibkarlar üçün növbəti yeniliyini təqdim edir. Belə ki, “Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.
“Müştəri Profili” vasitəsilə yaradılmış şəxsi kabinetdə müştərilər maliyyə vəsaitlərinə olan ehtiyaclarını qarşılamaq üçün Kapital Bank tərəfindən təklif olunan hər bir məhsul haqqında ətraflı məlumatla tanış ola bilərlər. Maliyyələşmə məhsulunun hər hansı biri üzrə sifariş vermək istəyən müştəriyə banka gəlməyə, bank nümayəndəsi ilə əlaqə saxlamağa ehtiyac yoxdur. Belə ki, müştəri rahatlıqla, sifariş vermək istədiyi maliyyələşmə məhsulu üzrə, onun ilkin şərtlərini – müddətini, məbləğini qeyd etməklə sifarişini banka “Müştəri Profili” vasitəsilə yönləndirə bilər. Banka onlayn şəkildə yönləndirilmiş sifarişin ilkin qiymətləndirilməsinin aparılması üçün tələb olunan sənədlərin təqdimi də “Müştəri profili” vasitəsilə banka gəlmədən onlayn şəkildə təqdim edilə bilər.
30 iyun 2021-ci il tarixinədək davam edəcək kampaniyanın şərtlərinə görə, müştərilər AZN valyutasında olan kredit, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və overdraft məhsullarının Müştəri Profilindən sifarişi zamanı rəsmiləşmə komissiyasına 30% endirim əldə edəcək.
Bundan başqa, sadalanan maliyyələşmə məhsullarından hər hansı birini əldə etmiş müştəri növbəti 3 ay ərzində əmək haqqı layihəsinə qoşulduqda əldə etdiyi məhsulun illik faiz dərəcəsinə 1% endirim təqdim edilir. Üstəlik kampaniya çərçivəsində maliyyələşmə məhsullarını əldə edən ilk 30 müştəriyə əmək haqqı kartları tam olaraq pulsuz veriləcək. Xidmətə qoşulmaq üçün https://kbl.az/cbpcr linkinə keçid etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
26 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















