Azərbaycanda kreditlər "istehlak ilə" yenidən artmağa başlayıb
2021-ci ilin Mart ayında Azərbaycanda cəmi kredit qoyuluşları 108,5 milyon manat artaraq 31 Mart 2021-ci il tarixində 14 milyard 728 milyon manata çatıb. Fevralın sonunda cəmi kredit qoyuluşları 14 milyard 619,5 milyon manat idi.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə (ilk rübdə) kredit qoyuluşları 197,6 milyon manat artıb. 2020-ci ilin sonunda cəmi kredit qoyuluşları 14 milyard 530,4 milyon manat təşkil etmişdi.
Yanvarda artan kreditlər fevralda azalmışdı. Martda yenidən kreditlər artıb.
Mart ayında kredit qoyuluşlarındakı 108,5 milyon manatlıq artımın 98 milyon manatlıq hissəsi ev təsərrüfatlarına verilən kreditlərin (əsasən istehlak kreditlərinin) artması ilə bağlıdır. Fevralın saonunda ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 771,3 milyon manat ikən, Mart ayının sonunda 6 milyard 869,3 milyon manata çatıb.
PROBLEMLİ KREDİTLƏR ARTIR
31 Mart 2021-ci il tarixində cəmi kredit qoyuluşlarının 918,2 milyon manatını və ya 6,2%-ni ödəmə vaxtı keçmiş kreditlər təşkil edib. Ötən ilin sonunda ödəmə vaxtı keçmiş kreditlər 893,1 milyon manat, Fevralın sonunda isə 917,5 milyon manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 d. əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
-
6 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 18 d. əvvəl
- 28 d. əvvəl
- 44 d. əvvəl
-
46 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Bank Şirvanda yeni filialını açdı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb





















