“Expressbank”ın xərcləri azalıb, əməliyyat mənfəəti artıb
“Expressbank” ASC 2021-ci ilin ilk rübünü 3 milyon 129 min manat xalis mənfəət ilə başa vurub. Maliyyə göstəriciləri Bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu göstərir.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə “Expressbank”ın cəmi cəmi əməliiyyat gəlirləri 12 milyon 633 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 475 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 158 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 587 min manat mənfəətə əlavə edilib. Bank 3 milyon 745 min manat mənfəətindən 616 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Expressbank” 2021-ci ilin ilk rübünü 3 milyon 129 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci rübündə “Expressbankı”ın cəm əməliyyat gəlirləri 13 milyon 918 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 910 min manat, əməliyyat mənfəəti 3 milyon 8 min manat təşkil etmişdi. Eyni zamanda ehtiyatdan azad olmuş 2 milyon 876 min manat mənfəətə əlavə edilmiş və mənfəət 5 milyon 884 min manata yüksəlmişdi. “Expressbankı” 27 min manat mənfəət vergisi ödədiyindən 2020-ci ilin ilk rübünü 5 milyon 858 min manat xalis mənfəət ilə bağlamışdı.
2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə “Expressbankı”ın əməliyyat xərclərinin azalması və nəticədə əməliyyat mənfəətin artması diqqəti çəlb edir. Bankın faiz xərcləri 2 milyon 415 min manatdan 1 milyon 529 min manata, qeyri-faiz xərcləri 8 milyon 494 min manatdan 7 milyon 946 min manata düşüb.
“Expressbankı”ın xalis mənfəətinin azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğin azalması ilə əlaqədardır. Bankın cari fəaliyyətinin nəticəsini daha təmiz göstərən əməliyyat mənfəəti artıb.
31 Mart 2021-ci il tarixində “Expressbank” ASC 309 milyon 96 min manat cəmi aktivlərə, o cümlədən 208 milyon 228 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 313 milyon 448 min manat cəmi aktivlərə, o cümlədən 209 milyon 743 min manat kredit portfelinə malik idi.
İlk rübdə Expressbank"da fiziki şəxslərin (əhalinin) depozitləri 1 milyon 457 min manat artaraq 94 milyon 980 min manata çatıb.
“Expressbank” 31 Mart 2021-ci il tarixində 120 milyon 474 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, "Expressbank" ASC-nin səhmdarları Xammədov Hikmət Hacəmməd oğlu (payı 19.5105%), Seyidov Hafiz Mirzağa oğlu(payı 9.7544%), AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ( payı 0.3794%), Azenco Group MMC (payı 48.7833%) və Enerqoservis MMC-dir ( payı 21.5724%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)











