Azərbaycanda daha bir şirkət kartof fri və çipsi istehsal edəcək - PARKIN REZİDENTİ OLDU
"Palma kimi zərərli yağlardan istifadə etmədən keyfiyyətli məhsulların istehsal olunacaq"Aprelin 15-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.
Parkdan MArja-ya daxil olmuş məlumata görə, “Zoom” platforması üzərindən baş tutan tədbir “TAK NOOSH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim edilən layihənin müzakirəsinə həsr olunub.
İclasda əvvəlcə “TAK NOOSH GROUP” MMC-nin nümayəndəsi Şərarə Niktaq kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsi haqqında məlumat verib. Bildirib ki, bu layihə müəssisənin istehsal xərclərinin minimuma endirilməsi, kommunal xərclərin azaldılması və müasir texnologiyaların tətbiqi ilə kartof emalı sahəsinin yaradılmasını hədəfləyir, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.
Əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunmasının iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan Ş.Niktaq layihə çərçivəsində istehsal olunacaq məhsulun əhalinin ərzaq rasionunda başlıca yer tutan məhsullardan hesab edildiyini və onlara daxili bazarda hər zaman tələbat olduğunu diqqətə çatdırıb.
Şirkət nümayəndəsi gələcəkdə AMEA-nın Botanika İnstitutu ilə əməkdaşlıq edərək kartof fri və çipsi üçün yararlı kartof növünün yetişdirilməsinin nəzərədə tutulduğunu deyib. O, palma kimi zərərli yağlardan istifadə etmədən keyfiyyətli məhsulların istehsal olunacağını söyləyib. Eləcə də uşaqlar üçün xüsusi kateqoriya üzrə çipsi və frilərin hazırlanmasının nəzərdə tutulduğunu vurğulayıb.
Müzakirələrdə iştirak edən Ekspertlər şurasının üzvləri akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Oqtay Səmədov, Bəxtiyar Məmmədov və tex.ü.f.d., dosent Rəşid Ələkbərov məhsulun ekoloji təsirləri, xammalın və hazır qidanın keyfiyyətinə nəzarət, eləcə də texnoloji prosesin effektiv idarə olunması ilə bağlı suallarla çıxış ediblər.
Sonra “TAK NOOSH GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Sonda çıxış edən “TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian ölkədə sahibkarlara əlverişli investisiya mühiti yaradıldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib və YT Parkla əməkdaşlığın davamlı olacağını vurğulayıb. O, həmçinin yaradılan tərəfdaşlıq imkanlarına görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
2 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
2 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























