Dell biznes strukturunu yeniləyir - hədəf 10 milyard dollar qazancdır
Amerikan texnologiya nəhəngi, dünyanın ən iri transmilli texnoloji şirkətlərindən biri, 2021-ci ilin əvvəlinə Lenovo və HP-dən sonra fərdi kompüter satışlarında dünya üçüncüsü Dell Korporasiyası biznes strukturunu yeniləyərək, əməliyyatlarını daha da sadələşdirmək və irihəcmli borclarının bir hissəsini bağlamaq niyyətindədir.
Marja xəbər verir ki, şirkət dünən 81% payla hazırda əsas səhmdarı olduğu bulud texnologiyaları əsasında hesablama proqram bölməsini – VMware-ni spin-off aləti vasitəsilə öz strukturundan ayırmaq və iki müstəqil açıq səhmdar cəmiyyət təsis etmək planını açıqlayıb.
Bu proses nəticəsində VMware-nin öz səhmdarlarına 11,5-12 milyard dollar dividend ödəyəcəyi, nəticədə Dellin ən böyük səhmdar kimi 10 milyard dollara yaxın vəsait əldə edəcəyi bildirilir. VMware-nin baş icraçı direktoru Zeyn Rove şirkətin bu həcmdə dividendi ödəmək üçün öz balansından 2,5-3 milyard dollar sərf edəcəyini, qalan vəsaitin isə borc kimi cəlb ediləcəyini bildirib: “Bu, bizə strateji səviyyədə daha böyük tərəfdaşlıqlar qurmaq üçün çevik hərəkət qabiliyyəti verəcəkdir”.
2016-cı ildə data saxlanması, informasiya təhlükəsizliyi, bulud texnologiyalarına əsaslanan hesablama və digər xidmətlər provayderi EMC-ni 67 milyard dollara alaraq, həmin dövrün ən böyük texnoloji Satınalma rekordunu qıran və bu rekordu hələ də qoruyub saxlayan Dell-in sövdələşmənin tamamlanması üçün götürdüyü borc vəsaitlərinin qalığı 2021-ci ilin əvvəlinə 34 milyard dollar təşkil edir. VMware-dən əldə olunacaq dividend həmin borcun bir hissəsini bağlamaq üçün Dell-in likvidlik imkanlarını artıracaq.
Qeyd: beynəlxalq iqtisadi-maliyyə terminologiyasında spin-off səhmdarların və ya digər səlahiyyətli idarəetmə orqanının qərarı ilə biznesin mövcud səhmlərinin bir hissəsinin ayrılaraq, yaxud yeni səhmlər buraxılaraq yenidən təşkilatlanması və hüquqi şəxsin yaradılmasıdır. Bu zaman orijinal hüquqi şəxs öz fəaliyyətini davam etdirə, yaxud tamamilə yeni yaradılmış şirkətə transformasiya oluna bilər. İri şirkətlərin tez-tez müraciət etdiyi bu üsulun ən məşhur nümunələri qismində 1999-cu ildə Agilent Technologies-in HP-dən ayrılması, həmin ildə Expedia-nın Microsoftdan ayrılaraq, tezliklə ən böyük turizm bələdçisinə və otel rezervasiya xidmətinə çevrilməsi, Amerikan xəbər xidməti AOL-un 2009-cu ildə Warner Korporasiyasından ayrılaraq müstəqil şirkət olması, 2013-cü ildə Amerikan transmilli media holdinqi News Corporation-un məşhur Hollivud sakini 21st Century Fox-a keçməsi, 2019-cu ildə The Walt Disney Company 21st Century Fox-u aldıqdan sonra isə xəbər xidmətinin Fox Coporation adı altında fəaliyyətini davam etdirməsini göstərə bilərik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)











.jpg)






