Bank Respublikanın reytinq üzrə proqnozu iki pillə birdən yüksəldildi
Moody's Beynəlxalq reytinq agentliyi, “Bank Respublika”nın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəldərək «Pozitiv” dərəcəsinə qaldrııb, eləcə də yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini təsdiqləyib.
Agentliyin analitikləri reytinq üzrə proqnozun yüksəlməsini Bankın pandemiya dövründə kredit portfelinin sağlam olması ilə əlaqələndirir. Bank Respublikada kredit risklərinin idarəedilməsinin yüksək standartları sayəsində pandemiya və karantin tədbirlərinin bankın kredit portfelinə təsiri çox az səviyyədə olmuşdur.
Reytinq üzrə proznozun dəyişməsi ümumi biznes mühitindəki müsbət dəyişikliklər fonunda Bankın kredit qabiliyyətinin inkişafını əks etdirir. Moody's həmçinin qeyd edir ki, Bankın problemli kreditlər əmsalı stabil aşağı səviyyədə qalacaq.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
51 d. əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır


















