ABŞ kino sənayesi canlanır - 80 MİLYON DOLLARLIQ BİLET SATIŞI
Bu dəfə Godzilla ilə Kong “dalaşacaqlar”.ABŞ-ın ən iri kino sənayesi və yayım şirkətlərindən olan Warner Brothers-in təqdim etdiyi yeni film bir həftəyə 80 milyon dollarlıq bilet satıb.
Marja xəbər verir ki, “Godzilla Konga qarşı” adlanan yeni blokbasterə kinoteatrlarda maraq həddən artıq böyükdür. Həftəsonu seanslarda 32 milyon dollar, 5 günlük Pasxa tətilində isə daha 48 milyon dollarlıq bilet satılıb.
ABŞ-da kinoteatrların 90%-dən çoxu artıq fəaliyyətini bərpa edib, lakin Pandemiyaya görə müəyyən sosial məsafə qaydalarına əməl etmək məcburidir. Bununla belə, insanların yüksək büdcəli action tərzində filmlərə marağı ötən ildən başlayan pandemiya dövründə daha da artıb.
Bu baxımdan “Godzilla Konga qarşı” ötən ilin sentyabrında həftəsonuna 20 milyon dollar qazanan Kristofer Nolanın “Tenet” filmini xeyli qabaqlayıb. Ötən həftə Çin kinoteatrlarında nümayiş etdirilən nəhəng əjdaha Godzilla ilə iricüssəli meymun Kongun savaşı daha böyük maraqla qarşılanaraq, 70 milyon dollar qazana bilib.
Lakin hələ də bu göstəricilər pandemiyadan əvvəlki satışlardan çox geridədir. Misal üçün, Disneyin “İrəli” (Onward) filmi 2020-ci ilin 6-8 mart həftəsonunda 90 milyon dollarlıq bilet satmışdı. Ötən il fevralın 14-ü Prezident Günü ilə əlaqədar həftəsonunda isə Paramount Pictures-in təqdim etdiyi “Kirpi Sonic” (Sonic the Hedgehog) 164 milyon dollar qazanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır












.jpg)









