Hyatt mehmanxanasında Gigiyena və Sağlamlıq Təhlükəsizliyi Meneceri vəzifəsi yaradılıb
Menecer təmizlik və gigiyena protokollarına nəzarət edərək və əməkdaşlara bu sahədə təlimlər keçir, qonaqlarımızın və həmkarlarımızın sağlamlığını və təhlükəsizliyini təmin olunmasına nəzarət edir.(®) Dünyada, o cümlədən Azərbaycanda pandemiyanın turizm və qonaqpərvərlik sənayesinə mənfi təsir edərək, istirahət və işgüzar səyahətlərin ümumi həcmini tənəzzülünə uğratmasına baxmayaraq, Hyatt Regency mehmanxanası fəaliyyətini bu qeyri-adi dövrdə fasiləsiz olaraq davam etdirir.
Yaranan yeni reallıqlar hər zaman prioritet hesab edilən sağlamlıq, sanitariya və gigiyena standartlarının daha da təkminləşdirilməsinə böyük təkan verdi. Hyatt mehmanxanasının rəhbərliyi Azərbaycan Respublikasının müvafiq qurumlarını, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyini pandemiyanın yayılması ilə mübarizədə tam dəstəkləyir və daim qonaqpərvərlik müəssisəsi olaraq, müvafiq qayda və prosedurlarını yeni vəziyyətə uyğunlaşdırır.
Bu prosedurlara mehmanxanaya daxil olan qonaqların və işçilərin hərarətinin yoxlanılması, otaqların, iaşə obyektlərinin və digər ictimai və işçilər üçün nəzərdə tutulan məkanların mütəmadi dezinfeksiyası, sosial məsafənin saxlanılması, əməkdaşların maska, əlcək və digər zəruri avadanlıqla təhciz edilməsi daxildir.
Şirkətin “Qlobal Qayğı və Təmizlik” öhdəliyində öz əksini tapmış, gigyena, təmizlik və təhlükəsizlik protokolları, Hyatt Regency Baku daxil olmaqla, bütün ölkələrdə Hyatt mehmanxanaları ciddi şəkildə tətbiq olunur.
Bu öhdəlik çərçivəsində mehmanxanada Gigiyena və Sağlamlıq Təhlükəsizliyi Meneceri vəzifəsi yaradılmışdır. Qeyd olunan menecer təmizlik və gigiyena protokollarına nəzarət edərək və əməkdaşlara bu sahədə təlimlər keçir, qonaqlarımızın və həmkarlarımızın sağlamlığını və təhlükəsizliyini təmin olunmasına nəzarət edir.
Əməkdaşları maarifləndirmək və onlara bu mürəkkəb zamanda qayğı göstərmək də şirkətin prioritetlərindən biridir. Bu yolda mühüm addımlar atılaraq, mehmanxana rəhbərliyi tərəfindən əməkdaşlar arasında, onların qaydalarla nə dərəcədə tanış olduqlarını, əlavə dəstəyə ehtiyacını və ümumi əhval-ruhiyyəsini öyrənmək məqsədi ilə gündəlik sorğu keçirilir.
Hyatt Regency fəaliyyətində Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan “SAHMAN” proqramı çərçivəsində tələb olunan sanitariya və gigiyena standartları və normalarına əməl olunmasını tam təmin edir.
Həmçinin, mehmanxana ISSA Worldwide -ın bölməsi olan Qlobal Biorisk Məsləhət Şurasından GBAC STAR ™ akkreditasiyasını da əldə etmişdir. GBAC STAR otellərin ən sərt təmizlik, dezinfeksiya və infeksion xəstəliklərin qarşısının alınması protokollarını tətbiq etməsini təmin edir.
Hyatt Regency, rəhbərlik və işçilər adından, başda səhiyyə işçiləri olmaqla, bütün yerli qurumların pandemiya ilə mübarizə və risklərin azaldılması üçün atdığı addımları dəstəkləyir və onlara təşəkkür edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 4 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
12 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)


.jpg)








