Biden 2,25 trilyon dollarlıq yeni infrastruktur planını açıqladı
ABŞ Prezidenti Co Bayden (Joe Biden), 2,25 trilyon dollar məbləğində infrastruktur və məşğulluq proqramını açıqlayıb.
Marja xəbər verir ki, proqramı Pittsburghda açıqlayan Bayden deyib:
"Bu plan hər kəsə yeni fürsətlər yaratmaq üçün var. İndi iqtisadiyyatı ən aşağıdan ən üstə qədər yenidən tikmək zamanıdır. İnfrastruktur planı məşğulluq və ailələr olmaq üzrə iki hissədən ibarətdir. Amerika bir neçə həftə ərzində ailələr ilə əlaqədar planı danışacaq. Müqavilələr amerikalı olmayan şirkətlərə getməyəcək. İnternet xidmətində qiymət azalacaq. Bu nəhəng infrastruktur planı milyonlarla məşğulluq yaradacaq. Bu planla birlikdə çip, bio-texnologiya və enerji sahəsində ABŞ-ın rolu yüksələcək".
Biden vergi ödəməmək üçün boşluqlardan faydalanan şirkətləri işarə edib.
Biden, hər hansı bir federal vergi ödəməmək üçün müxtəlif boşluqlardan istifadə edən Amazon daxil 91 "Fortune 500" şirkəti olduğunu bildirib və əlavə edib: "Onları cəzalandırmaq istəmirəm, bu, çox səhv olar. Bir xilasedici və ya bir müəllim 22% vergi ödəyirkən Amazon sıfır vergimi ödəyir? Bunun milyonerləri cəzalandırmaqla heç bir əlaqəsi yoxdur. Milyonerlərə və milyarderlərə qarşı heç bir planım yoxdur. Məqsədim zənginləri hədəf almaq deyil, epidemiya səbəbilə pisləşən vəziyyəti düzəltmək və bərabərsizliyi azaltmaqdır". Biden, Amerikan kapitalizminə inandığını da sözlərinə əlavə edib.
"İllik 400.000 dollardan aşağı gəliri olanlar üçün vergi artmayacaq. Korporativ vergilərin 28%-ə çıxarılmasından kimsə şikayət etməməlidir. 400.000 dollardan aşağı üçün vergi artımı xaricindəki fikirlərə açığam. Təkrar söyləyirəm, 400.000 dollardan aşağı qazanan heç kim federal vergilərinin artdığını görməyəcək".
Qeyd edək ki, plan, yollar, körpülər, və limanlar olmaq üzrə infrastrukturu yenidən tikmək üçün 621 milyard dollarlıq bir məbləği ehtiva edir. Elektrikli vasitə bazarı üçün 174 milyard dollar nəzərdə tutulur. 2030-cu ilə qədər ölkə böyük enerji doldurma şəbəkəsi qurulacaq. Bu planda istehsalı dəstəkləmək, ölkənin elektrik şəbəkəsini dəstəkləmək, yüksək sürətli internet və təmiz içmə suyu təmin etmək üçün ölkənin su sistemlərini yenidən tikmək və yaxşılaşdırmaq üçün 213 milyard dollar nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
27 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
31 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 54 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)





.jpg)







