Azərbaycanın bank sisteminə dair proqnoz “mənfi”dən “sabit”ə qalxdı
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminə dair proqnozunu “mənfi”dən “sabit”ə qaldırıb.
Bu barədə “Moody’s Investors Service”in açıqlamasında bildirilir.
“Proqnozun dəyişdirilməsi pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən ləğv olunması, dünya neft qiymətlərinin bərpası nəticəsində ÜDM artımına şərait yaranacağı, banklar və onların müştəriləri üçün daha əlverişli fəaliyyət mühiti yaranacağına dair gözləntilərimizi əks etdirir”, - “Moody’s”in MDB ölkələri bankçılıq sistemini müşahidə edən xüsusi qrupunun idarəçi direktoru Yaroslav Sovgira bildirib.
Bununla yanaşı, ekspertin dediyinə görə, MDB ölkələrində dövlət dəstəyinin get-gedə aradan qaldırılır, iqtisadiyyatın dirçəlməsi yolunda maneələr üzündən işgüzar fəaliyyətlə bağlı çətinliklər isə hələ də qalacaq.
Qeyd edək ki, “Moody’s”in bank sisteminə dair proqnozları bankların mövcud sistem çərçivəsində növbəti 12-18 ay ərzindəki kredit qabiliyyətinə təsir edən başlıca kredit şərtlərinə dair dəyərləndirilməsidir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
3 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır


















