Dünya pomidor istehsalının lideriləri
Dünyada pomidor istehsalı 2016-cı ildə 170 milyon ton təşkil edib. Qlobal miqyasda pomidor ixracının həcmi əvvəlki il 88 milyard dollar olub.
"Marja" xəbər verir ki, 31%-lik payla dünya pomidor istehsalının lideri Çində bu il 57 milyon ton pomidor istehsal edildiyi ehtimal edilir.
İkinci yerdə isə Hindistandır. Ölkədəki istehsal 19 milyon ton ətrafındadır.
Dünyada ən çox pomidor ixrac edən ölkə olan ABŞ-da pomidor istehsalı 15 milyon tonu çatır və üçüncü sırada yer alır.
Türkiyə pomidor istehsalında 7%-lik payla dünya dördüncüsüdür. Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, Türkiyənin pomidor istehsalı ildə 11 milyon 850 min tona çatır.
Misir 8 milyon, İran da 6 milyonluq pomidor istehsalı ilə beşinci və altıncı yerləri tuturlar. Yeddinci və səkkizinci sırada İtaliya (5 milyon ton) və İspaniya (4 milyon ton) var. Latın Amerikası ölkələri Braziliya (3.8 milyon ton) və Meksika (3.4 milyon ton) isə sonrakı yerləri tuturlar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ildə təxminən 0,5 milyon ton pomidor istehsal olunur. Bu göstərici ilə ölkəmiz təxminən 30-cu yeri tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
40 d. əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
40 d. əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
-
- 43 d. əvvəl
-
56 d. əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır





















