Kapital Bank kiçik və orta sahibkarlara yeni imkanlar təklif edir
(®️) Kapital Bank mütəmadi olaraq kiçik və orta sahibkarlar üçün sərfəli tarif paketlərini və məsafədən xidmət keyfiyyətinin artırılması üçün rəqəmsal imkanlarını inkişaf etdirir. Kapital Bank daha bir yeniliyə imza ataraq, tarif paketilərinin sifarişini banka gəlmədən, Müştəri Bankdan həyata keçirilməsi imkanını yaratdı.
Kapital Bank-ın tarif paketlərini əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 55% endirim almaq imkanına malikdirlər. Hazırda Kapital Bank öz müştərilərinə “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” paketlərini təqdim edir və sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini rahatlıqla seçim imkanına malikdirlər. Üstəlik, hazırda davam edən kampaniyamız çərçivəsində 30 aprel 2021-ci ilədək qadın sahibkarlarımız və təsisçisi və ya direktoru qadın olan şirkətlər yeni tarif paketimiz olan “Zərif” paketini əldə edə bilərlər.
Eyni zamanda, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn sahibkar hesablarının açılması, onlayn rejimdə biznes kart sifarişi və köçürmələri, əmək haqqı layihəsinə onlayn qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, ölkədaxili və ölkəxarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.
Tarif paketləri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 45 d. əvvəl
-
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)





.jpg)









.jpg)


