Avro və Funt Povelin açıqlamalarından sonra bahalaşırlar
FED-in mətbuat konfransında ölkədə inflyasiya və məşğulluğun hədəflərdən uzaq olduğunu bildirməsi, dollara qarşı təzyiqləri artırmışdı. İnflyasiyanın qısa müddət ərzində 2%-ın üzərində yüksəlməsi də dayanıqlı bərpadan xəbər vermir və bu səbəbdən də Amerikada məhsuldar nəticələrə çatmaq üçün zamana və yumşaq monetar siyasətin davam etdirilməsinə ehtiyac vardır.
EUR/USD və GBP/USD məzənnələri də Povelin açıqlamalarından sonra növbəti artım dalğasına başlayıblar. Hazırda avro 1.20, funt 1.40$-a ticarət edilir.
USD/TRY və USD/JPY məzənnələrində də ucuzlaşma müşahidə edilir. Xüsusilə lirədə bahalaşmanın bu gün sürətlənə biləcəyi proqnozlaşdırılır, çünki TCMB-nin bu gün açıqlayacaq faiz qərarında 18%-ə kimi artım proqnozları özünü qiymətlərdə əks etdirməyib.
Qlobal yumşaq fiskal və monetar siyasətlərin davam etdiriləcəyi ehtimalları və risklərə dair narahatlıqların yenidən artması, qızıla olan tələbi yenidən artırıb. Bir unsiya üzrə qiymət artıq 1750$-a təklif edilir.
Kriptovalyuta birjalarında da bitkoinin qiyməti 57800$ müqavimətini qırıb və 60700$-ın qırılması ilə 73600$-a kimi bahalaşma üçün əsasların da güclənə biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























