Bu gündən “Mobil notariat”da banklarda istifadə üçün etibarnamə veriləcək
“Bu gündən “Mobil notariat”da banklarda istifadə üçün də etibarnamə veriləcək. Artıq yeni versiya istifadəyə verilib”.
Bunu “Bank sektoruna və vətəndaşlara yaradılan rəqəmsal imkanlar: mobil ədliyyə xidmələri” mövzusunda onlayn brifinqdə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı Zaur Həsənov bildirib. Onun sözlərinə görə, bunun vasitəsilə vətəndaş olduğu yerdən videoyazı ilə bankda təmsilçilik üçün etibarnamə verə bilər:
“Elektron etibarnamələrin yoxlanması da mobil tətbiqlər vasitəsilə mümkündür. Sənəd elektron formada rəsmiləşdirilir. Dərhal vətəndaş mobil tətbiqdəki kabinetinə, pdf formatında kiməsə göndərə bilər, bu sənədin barkodu da olur. Tətbiq 7 gün 24 saat işləyir”.
Z.Həsənov qeyd edib ki, “Mobil notariat”da ilk olaraq nəqliyyat vasitələrinə dair etibarnamələrin verilməsinə başlanılıb: “Tətbiq vasitəsilə daha sonra vəkillərə etibarnamə verilməyə başlandı. Eyni zamanda pandemiya şəraitində pulsuz və güzəştli dərman almaq hüququ alan şəxslərə sosial etibarnamələr, ötən ilin may ayından nəqliyyat vasitələrinə sərəncam, yəni baş etibarnamə, ümumilikdə 5 5 növ etibarnamə verilir. Bu günə qədər “Mobil notariat”dan istifadə sayı 100 mini ötüb”.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 d. əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
-
-
2 d. əvvəl
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşir
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
Ən çox oxunanlar
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı




















