İcbari həyat sığortası da elektron formada rəsmiləşdiriləcək
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin elektron informasiya sistemi vasitəsilə bağlanması barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına İcbari Sığorta Bürosu tərəfindən təklif hazırlanıb göndərilmişdir. "Marja" xəbər verir ki, bu barədə Büronun 2016-cı il üzrə hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən bu növ icbari sığorta müqaviləsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə elektron sənəd formasında bağlanılır. Hazırda İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə sığorta müqavilələri Büronun iştirakçıları olan üç həyat sığorta şirkəti tərəfindən yazılı formada və Büronun vahid elektron informasiya sisteminə daxil edilmədən rəsmiləşdirilir.
Bu növ üzrə proqram təminatının hazırlanması məqsədilə 2015-ci ildən başlayaraq iştirakçı sığorta şirkətləri və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə görüşlər keçirilmiş və proqram təminatının texniki tapşırığı hazırlanmışdır. Hazırda proqram təminatının hazırlanması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi ilə inteqrasiyanın təşkili istiqamətində işlər aparılır.
Qeyd etmək lazımdır ki, hazırlanacaq proqram təminatı əmək müqavilələrində olan məlumatların ötürülməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemi ilə, sığorta haqlarının elektron ödənişi ilə bağlı Hökumət Ödəniş Portalı sistemi ilə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi ilə inteqrasiya işlərində gecikmə halları olmasa, proqram təminatının test edilməsi üçün sığorta şirkətlərinə təhvil verilməsi planlaşdırılmışdır.
Büronun informasiya sisteminin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi ilə inteqrasiya edilməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti üzərindən fiziki əlaqənin yaradılmasına, həmçinin əmək müqavilələri ilə bağlı məlumatların Büronun informasiya sisteminə ötürülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müvafiq dəyişikliklərin mümkün qədər qısa müddətdə təşkil edilməsinə ehtiyac duyulduğundan, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin informasiya sistemi vasitəsilə bağlanmasına keçidlə əlaqədar Palatanın, Büronun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət tərkibdə işçi qrup yaradılması barədə Himayəçilər Şurasının iclasında qərar qəbul edilmişdir.
Bundan başqa, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinin məzmununa əsasən qardaş və bacının ailə üzvü olmadığı və onlara sığorta ödənişinin düşmədiyi başa düşüldüyünü nəzərə alaraq Qanunun qeyd edilən müddəasına aşağıdakı məzmunda dəyişiklik edilməsi ilə bağlı Büro tərəfindən təklif irəli sürülmüşdür.
Belə ki, mülki məsuliyyətin sığortası üzrə faydalanan şəxslərin dairəsinin ölən üçüncü şəxsin ailə üzvləri ilə məhdudlaşdırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olmadığından, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinin aşağıdakı redaksiyada verilməsi məqsədəmüvafiq hesab edilmişdir: “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
16 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
6 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
7 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
7 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək






















