“OPEC+”un növbəti iclasının vaxtı açıqlanıb
OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 28-ci iclası martın 31-də keçiriləcək.
Marja xəbər verir ki, “OPEC+” nazirlərinin 15-ci toplantısı isə videokonfrans formatında aprelin 1-də təşkil olunacaq.
“OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) iclasının JMMC-nin toplantısından bir gün əvvəl keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.
Bu il “OPEC+” sazişinə 103 faiz əməl olunub
OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə cari ildə 103 faiz əməl edib.
Bu barədə “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 14-cü iclasında deyilib.
Nazirlər mart ayı üzrə istehsal kvotalarının aprel ayında da davam etdirilməsini təsdiqləyib, Rusiya və Qazaxıstanın istehsalı müvafiq olaraq gündəlik 130 və 20 min barrel artırmasına icazə verilib.
İclasda Müştərək Texniki Komissiya (JTC) tərəfindən hazırlanan aylıq hesabat və qlobal neft bazarındakı inkişafları nəzərdən keçirilib, OPEC və OPEC-ə üzv olmayan ölkələrin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performans alqışlanıb.
Həmçinin Səudiyyə Ərəbistanının bu il fevralın 1-dən etibarən 2 ay ərzində qüvvədə olan neft hasilatını könüllü tənzimləməsi təşəbbüsünün əhəmiyyəti də vurğulanıb.
Aərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
-
10 d. əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 16 d. əvvəl
-
37 d. əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
44 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Ən çox oxunanlar
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır




















