Azərbaycanın 4 şirkəti ərəb şirkətləri ilə razılaşdı
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilirMəlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.
Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 85 ölkədən olan şirkətlər öz məhsullarını təqdim edir.
Azərbaycanın 15 şirkətinin istehsal etdiyi pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı məmulatları, un məmulatları, çay, mürəbbə və digər məhsullar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.
Azərbaycan şirkətləri yağ, çay, mineral sular və s. məhsulların Qırğızıstan, Özbəkistan, İraq, Yəmən, Liviya, BƏƏ və digər ölkələrə ixracına dair danışıqlar aparırlar.
Artıq "Azerbaijan Fish Farm”, “Şirin”, “Ləzzət Biskvit Fabriki”, “Ulduz Şokolad Fabriki” şirkətləri ilə BƏƏ şirkətləri arasında məhsul ixracına dair ilkin razılıq əldə olunub.
Sərgi fevralın 25-dək davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























