Avroya qarşı təzyiqlər yenidən artıb
Beynəlxalq valyuta birjalarında Avrozona iqtisadiyyatına dair nikbinliyin azalması, karantin tədbirlərinin uzadılması və İngiltərə ilə Şimali İrlandiya mövzusu ətrafında danışıqlar, avroya qarşı təzyiqləri yenidən artırıb. Almaniyanın sənayesinə dair bazar ertəsi açıqlanan mənfi göstərici, son günlər EUR/USD məzənnəsində müşahidə edilən bahalaşma dalğasının zəifləməsinə səbəb oldu və cümə axşamı da artıq 1.22$-ın altında müqavimətlə rastlaşmaqdadır. 1.2150 - 1.22$ aralığı güclü müqavimət dəhlizi hesab edilir.
Breksit fonunda Avropa ilə gələcək ticarət münasibətləri fonunda danışıqların çətin şəraitdə davam etməsi, özünü GBP/USD məzənnəsində də göstərir. Funt sterlinq 1.39$-da müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb.
Lirədə bahalaşma davam etsə də, Yaponiya yenində artıq bahalaşma başlayıb. Treyderlər üçün USD/JPY məzənnəsi üzrə önəmli müqavimət səviyyəsi 105 yendir və qırılması ilə yendə bahalaşmanın sürətlənəcəyi proqnozlaşdırılır. Lirə üzrə ticarətçilər isə daha çox gələn həftə açıqlanacaq TCMB-nin yeni faiz qərarını gözləyirlər.
Əlvan metallar bazarlarında qızılın qiyməti də ucuzlaşmağa başlayıb və hazırda 1824$-ın altında ticarət edilməkdədir. İinvestorlar üçün növbəti önəmli dəstək səviyyəsi 1812$-dır.
Ripl ətrafında məhkəmə işi fonunda risklər isə ümumi olaraq kriptovalyuta birjalarında risk iştahının azalmasına səbəb olub. Beləliklə, bitkoin və ripl kimi aparıcı rəqəmsal valyutalar ilə ticarətə üstünlük verən "buğalar", fevral ayının 22-ni gözləyirlər. Bu tarixdə məhkəmə işi ilə əlaqədar Amerikanın birja nəzarət qurumu, "Ripple Lab" və Nyu Yorkun Cənub bölgəsi Məhkəməsi arasında ilkin telefon danışığı baş tutacaq və növbəti proses planlaşdırılacaqdır.
Bütün yuxarıdakılarla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərə iqtisadiyyatına dair dərc ediləcək önəmli fundamental göstəricilərin nəticələri də böyük rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























