Teslanın Çindəki satışları ikiqat artıb
Elektrikli avtomobil (elektromobil) istehsalçısı Teslanın Çindəki avtomobil satışları, 2020-ci ildə koronavirus epidemiyasına baxmayaraq 2019-cu illə müqayisədə 2 dəfədən çox artıb.
Marja xəbər verir ki, Teslanın 2020-ci ildə Çindəki 6,66 milyard dollarlıq avtomobil satışı, şirkətin cəmi reallaşdırdığı 31,54 milyard dollarlıq satışın 21%-ni təşkil edib. Şirkətin 2019-da Çindəki satış miqdarı 2,98 milyard dollar olaraq qeydə alınmışdı.
Şirkətin Çindəki müvəffəqiyyətinə baxmayaraq, ABŞ, Teslanın keçən ilki satışlarında şirkətin ən böyük bazarı olmağa davam edib. Elektrikli avtomobil istehsalçısı ABŞ-da keçən il, cəmi satışının az qala yarısı qədər bir satış (15,21 milyard dollar) reallaşdırıb.
Tesla, ötən il Şanxaydakı zavodunda istehsalı artırmaq qərarı qəbul etmişdir. Çinin Minik Avtomobilləri Təşkilatının məlumatlarına görə, Teslanın istehsal etdiyi Model 3 adlı avtomobili 2020-də ölkədə ən çox satılan elektrikli avtomobil olub.
Teslanın Nio və Xpeng kimi Çinin yerli elektrikli avtomobil istehsalçıları ilə rəqabət etmək məcburiyyətində qalması və istehsal etdiyi avtomobillər üzərindəki qanuni yoxlamaların artması şirkətin Çindəki fəaliyyətlərini çətinləşdirib. Çinin Dövlət Bazar Nəzarəti və Tənzimləmə İdarəsi internet saytından etdiyi açıqlamada, Teslanın istehsal etdiyi vasitələrdə reallaşan qəzalara bağlı istehlakçı şikayətlərindəki artım səbəbilə Teslanın yerli yan sənaye şirkətləri ilə danışıqlar apardığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 16 d. əvvəl
- 38 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi






.jpg)






.jpg)





