Azərbaycan Ermənistanı məhkəməyə verdi
Azərbaycanın Avropa Məhkəməsində Ermənistana qarşı hansı iddiaları qaldırdığı açıqlanıb“Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycan hökuməti tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edilib. Ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan Hökuməti tərəfindən təqdim edilib, dövlətlərarası ərizədir və Ermənistana qarşı ilk işdir”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
K. Cəfərov hesab edir ki, burada əsas məqsəd Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin Ermənistan tərəfindən birbaşa pozuntusu sübut etməyə nail olmaqdır: “Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, qarşıya qoyulmuş hədəfə çatacağıq. Birincisi, bu bizim haqq və beynəlxalq ədalət uğrunda mübarizəmizdir. İkincisi, AHİM təcrübəsində dövlətlərə qarşı bu cür iddialar qaldırılıb, bizim ərizəmizin də xeyrinə olan işlər var. Yekun olaraq, onu da qeyd etməliyəm ki, dövlətlərarası ərizənin hazırlanmasında Azərbaycan tərəfindən tanınmış və çox peşəkar hüquqşünaslar iştirak edib”.
K. Cəfərovun sözlərinə görə, ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin, Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür: “Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb. Azərbaycan Respublikasının şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır.
Ərizədə, həmçinin, Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə-yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanır”.
Deputatın sözlərinə görə, bu, dövlətlərarası səviyyədə Ermənistana qarşı ilk iş olsa da, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində Ermənistana qarşı ilk iş deyil, bundan əvvəl vətəndaşlar tərəfindən Ermənistana qarşı iddia qaldırılıb: “Bu sahədə müvafiq presedent hüququ var. Misal üçün Çıraqov və başqaları Ermənistana qarşı işində Ermənistan tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ), 13-cü maddəsi (səmərəli hüquqi müdafiə vasitələri hüququ) və Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) pozuntusu barədə qərar qəbul olunub. Eyni zamanda müəyyən edilib ki, Ermənistan, dünya ölkələri və özünün də tanımadığı, qeyri-qanuni rejimə hərbi, maddi, siyasi və digər dəstək verməklə, vaxtilə işğal altında olan Dağlıq Qarabağ üzərində effektiv nəzarət imkanlarına sahib idi.
Qeyd etdiyim işdə ərizələr AİHM-ə Azərbaycan vətəndaşları tərəfindən təqdim edilmişdi və insan hüquqlarının Ermənistan tərəfindən vasitəli pozuntusu müəyyən olunmuşdu”.
Qeyd edək ki, “Daily Sabah” qəzetində Azərbaycan tərəfindən Ermənistanın hərbi-siyasi təcavüzü nəticəsində pozulmuş insan hüquqları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən ərizə ilə bağlı məqalə dərc edilib. Məqalədə Milli Məclisin deputatı Kamal Cəfərovun da şərhlərinə yer verilib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
11 saat əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
11 saat əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
11 saat əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
12 saat əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
12 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
12 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq





















