Unibank törəmə şirkətinə 1,5 milyard manat məbləğində limit ayırıb
Nizamnamə kapitalı 100%-lik Unibank KB ASC-yə məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, investorlara yeni sərmayə imkanı yaradır.
İnvestisiya Şirkətinin səhmdarı, “Unicapital İnvestisiya Şirkəti” ASC-yə 2021-ci ilin sonunadək bütün növ qiymətli kağızların öz vəsaiti hesabına alışı və satışı, bütün növ törəmə maliyyə alətlərinin öz vəsaiti hesabına alışı və satışı, repo öz vəsaiti hesabına cəlb edilməsi və öz vəsaiti hesabına əks-repo əməliyyatların aparılması, tələblərin güzəşt edilməsi və tələbin alınması və digər xüsusi əhəmiyyətli əqdlərin bağlanmasına 1 500 000 000 (bir milyard beş yüz milyon) manat məbləğində limit ayrılması barədə qərar verib.
“Unicapital” İnvestisiya Şirkətinin Baş Meneceri Tahir Qəribov bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, Açıq Səhmdar Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25%- dən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar Səhmdar Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat cəmiyyətə açıqlanır. Bunları nəzərə alaraq, səhmdarlar tərəfindən “Unicapital İnvestisiya Şirkəti” ASC-yə 2021-ci ilin sonunadək investisiya xüsusi əhəmiyyətli əqdlərin bağlanmasına 1 500 000 000 (bir milyard beş yüz milyon) manat məbləğində limit ayrılıb: “Öz strategiyasına əsasən Unibank, Azərbaycanın qiymətli kağızlar bazarında emitent və investor kimi fəal iştirak etməyi hədəfləyir. Hesab edirik ki, “Unicapital”ın qiymətli kağızlar bazarında fəallığını bir qədər də artırması, bazar iştirakçıları və investorlar üçün yeni imkanlar yaradacaq”.
“Unicapital” İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında əmin addımlarla öz hədəflərinə doğru irəliləməkdədir. 2007-ci ildən bəri iştirakçısı olduğu qiymətli kağızlar bazarında böyük təcrübəyə malik olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkət, yerli və xarici bazarlarda əsas və yardımçı investisiya xidmətləri göstərir.
"Unicapital” İnvestisiya Şirkətinin investisiya bazarında məqsədi hər zaman göstərdiyi xidmətlər üzrə ölkəmizdə aparıcı şirkət, güvənilir tərəfdaş olmaqdan ibarətdir. Şirkət ölkəmizdə aparılan iqtisadiyyatın qeyri-neft sektoru üzrə inkişaf və dinamikası üçün qiymətli kağızlar bazarının inkişafını dəstəkləyir, bu yöndə əmin addımlar atmaqdadır.
“Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
4 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
10 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
11 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















