Dövlət qurumundan tanınmış hüquqşünasa 185 min manatlıq sifariş!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı "Pensiya, sosial sığorta və sosial müavinət məslələri üzrə bütün instansiya məhkəmələrində təmsilçilik xidmətlərinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "Əkrəm Həsənov və partnyorları" MMC-dir.
Filial MMC ilə məbləği 184 min 984 manat olan müqavilə imzalayıb. Şirkət filiala kassasiya instansiya məhkəməsində təmsilçilik üzrə 190, apelyasiya instansiyası məhkəmələrinə təmsilçilik üzrə 212, 1-ci instansiya məhkəmələrində təmsilçilik üzrə 248 hüquqi xidmət göstərəcək.
2016-cı ildə yaradılmış “Əkrəm Həsənov və partnyorları" MMC-nin qanuni təmsilçisi tanınmış hüquqşünas Əkrəm Şirvan oğlu Həsənovdur.
2020-ci ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əkrəm Həsənov və partnyorları" MMC ilə məbləği 185 min 300 manat olan müqavilə imzalamışdı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 43 d. əvvəl
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb

























